Volkswagen şirkəti T7 modelinin tizer kampaniyasını davam etdirməkdə israrlıdır. Bu gün alman istehsalçısı yeni T7 Multivan Bulli modelinə həsr olunmuş növbəti videotizeri dərc edib. Bu dəfə söhbət avtomobilin salonundakı transformasiya imkanlarından gedir.
Debütü iyun ayının ortalarında keçiriləcək yeni T7 modeli MQB modul platformasına “köçəcək”, yeni interyer və eksteryer dizaynına sahib olacaqdır. Alman istehsalçısı artlq yeni minivenin interyeri barədə məlumatla bölüşüb. Növbəti tizerdə isə, minivenin eksteryer dizaynı haqqında danışırlır. Yeni T7 modelinin MQB modul platformasına keçəcəyi barədə söz-söhbət bir neçə ay bundan əvvəl peyda olmuşdu, bu gün isə bu məlumat təsdiqini tapıb.
Yeni videoçarxda minivenin sərnişin bölümündəki hərəkət edən mərkəzi konsolu göstərilir. Bu konsol eyni zamanda iri masaya da çevrilə bilir. Bundan başqa, avtomobilin dördyerlik salon konfiqurasiyası da variantının da eskizi nümayiş etdirilib.
Xatırladaq ki, əvvəlki tizerlərdə modelin interyer dizaynı və avadanlıq siyahısı barədə məlumat verilmişdi. Yeni miniven “səkkizinci” Golf modelinin üslubunda interyer tərtibatına malik olacaqdır. Mexaniki ötürmələr qutusu və əl əyləcinin ənənəvi dəstəyindən imtina ön oturacaqların arasında geniş məkanın peyda olmasına gətirib çıxaracaqdır. T7 modeli rəqəmsal kokpitə, transmissiyanın kiçik ölçülü coystikinə sahib olacaqdır. Eyni zamanda, avtomobilin salonu geniş transformasiya imkanlarını və panoram damı da əldə edəcəkdir.
Güc aqreqatlarına gəldikdə isə, miniven alman markasının arsenalında olan ən müasir benzin və dizel mühərrikləri, habelə qoşulan hibrid güc qurğusu (PHEV) ilə təchiz ediləcəkdir.