Çində satılan Volkswagen Tharu modelinin variantı olan yeni yığcam Taos krossoveri yalnız 13 oktyabrda təqdim ediləcəkdir. Hələlik isə, şirkət ABŞ bazarında satılacaq krossoverin mühərrik çeşidi barədə məlumat verib.
Krossover, Miller qənaət dövrünə əsasən işləyən və yönləndirici aparatın dəyişkən geometriyasına malik olan mürəkkəb turbokompressorla təchiz edilmiş 1,5-litrlik turbomühərriki alacaqdır. Güc qurğusu 160 at qüvvəsi və 249 Nm fırlanma anı hasil edir.
Volkswagen Taos krossoveri ABŞ bazarında belə mühərrik ilə təchiz edilən ilk model olacaqdır. Ön ötürməli modifikasiyasının mühərriki səkkiz pilləli "avtomat" ilə tandemdə çalışacaqdır. Tam ötürməli versiya isə iki muftalı yeddi pilləli DSG "robotu" DSG ilə təchiz ediləcəkdir.
4.4 metrlik Taos modeli, Volkswagen markasının Şimali Amerika bazarında təklif etdiyi ən yığcam krossover olacaqdır. Qalan təfərrüatlar yaxın zamanlarda açıqlanacaqdır.