Bu, bir ay əvvəl debüt etmiş ID.7 Tourer elektrik universalının “bərkgedən” versiyasıdır. ID.7 GTX Tourer 335 at qüvvəsi hasil edən ikimühərrikli aqreqatla təchiz olunub, tam ötürməyə və “idman” kuzov dəstinə malikdir. 86 kilovat-saatlıq batareya “bərkgedən” universala 620 kilometrdən çox yol qət etməyə imkan verir. Batareyanın 10 faizdən 80 faizə qədərini təxminən yarım saat ərzində bərpa etmək olar.
GTX versiyasını adi ID.7 Tourer universalından ön hissənin tərtibatı, özünməxsus 20-düymlük təkər diskləri (21 düymlüklər daha sonra peyda olacaqlar) və daha aqressiv dizaynı olan bamperləri ilə fərqlənir.
Salonda seçilən qırmızı tikişlər və GTX loqotipləri olan qara rəngdə oturacaqlar, sükan çarxı quraşdırılıb, tündləşmə funksiyası olan opsional panoram dam da mövcuddur. Ön paneldə multimedia sisteminin ChatGPT süni intellektinə malik olan 15 düymlük ekranı var. Universal proyeksiya displeyi ilə də təchiz olunur.
Volkswagenv ID.7 GTX Tourer fərdi tənzimləmərlər də daxil olmaqla bir neçə tənizmləmə variantına malik olan adaptiv asqı ilə təklif edilir.
Ön oxda 107 at qüvvəli, arxa oxda isə, 281 at qüvvəli elektrik mühərrik quraşdırılıb. Aqreqatların ümumi gücü 335 at qüvvəsinə bərabərdir. Buelə güc qurğusu elektrik universalnı 100 km/saay həddinə təxminən beş saniyəyə sürətləndirir - bu məlumatlar hələ də qeyri-rəsmidir, onları Motor1.com nəşri səsləndirib. Ön növbəsində, Britaniyanın AutoExpress.co.uk nəşri “bərkgedən” universalın Böyük Britaniyadakı satış qiymətinin 60 min funt sterlinqdən baha olacağını ehtimal edir.
Adi ID.7 Tourer universalına gəlincə,o, Volkswagen brendinin ilk elektrik universalı və Variant əvəzinə Tourer indeksini almış ilk modeldir. Volkswagen ID.7 Tourer modelinin istehsalı alman şirkətinin Almaniyanın Emden şəhərindəki zavodunda təşkil edilib. Xatırladaq ki, ID.7 liftbək və ID.4 krossoverləri də bu müəssisədə yığılırlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.