Volkswagen Tharu krossoveri Taos modelinin ən yaxın qohumudur və ondan dizaynı, ölçüsü və artırılmış təkər bazası ilə fərqlənir. İlk andan etibarən Tharu modelinin görünüşü Teramont krossoveri ilə üst-üstə düşürdü - yeniləmədən sonra da bu oxşarlıq qorunub saxlanılıb. İndi isə, əsas olaraq Çin bazarı üçün nəzərdə tutulan yenilənmiş krossover götürülüb - buna zolaqlarla birləşdirilmiş işıqlandırma texnikası dəlalət edir.

Tharu dəyişdirilmiş bamperləri alıb, arxa tərəfdən isə buraxılış sisteminin çıxış borularını imitasiya edən elementlər yoxa çıxıblar. Opsiyalar siyahısında qara dekoru və üçrəngli təkər disklərini ehtiva edən Moon Black paketi əlavə olunub.

Salonda media sisteminin ayrıca duran 12-düymlük (əvvəllər - 9,2 düym) ekranı və sensorlu düymələri olan sükan çarxı peyda olub. Cihazlar panelinin arxitekturası da Teramont modelindəkinə bənzəyir.

Yığcam krossoverin mühərrik çeşidi də yenidən nəzərdən keçirilib: 1,4-litrlik turbomühərrikinin (150 at qüvvəsi, 250 Nm) əvəzinə amerikan Taos modelindən götürülmüş 1,5-litrlik (160 at qüvvəsi, 250 Nm) turbomühərrikini və DQ200 "robotunu" quraşdırmağa başlayıblar.

Alternativ olaraq,  DQ381 ötürmələr qutusu və tam ötürmə ilə birlikdə çalışan 2,0-litrlik EA888 (190 at qüvvəsi, 320 Nm) turbomühərriki təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Tharu krossoverlərinin istehsalına bu ilin yazında SAIC-Volkswagen birgə müəssisəsinin zavodunda başlanacaqdır. Yerli media krossoverin qiymətinin 150.000-200.000 yuan arasında olacağını ehtimal edir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.