Volkswagen Tiguan krossoverinin yeni top versiyası peyda olub. Böyük Britaniyada, parlaq qara dekor elementlərinə, orijinal 20 düymlük Suzuka Black təkər disklərinə, tündləşdirilmiş arxa şüşələri və tünd interyer tərtibatına malik olan Black Edition versiyası təqdim edilib. "Qapqara" Volkswagen Tiguan ən bahalı versiya da olub: qiymətlər 37 325 funt sterlinqdən başlayır, R-Line versiyası ilə müqayisədə əlavə ödəniş 1690 funt sterlinqdir.

Bu il Volkswagen Tiguan nəsil dəyişəcəkdir, ona görə də Black Edition "vida" versiyasına çevrilə bilər. Yeni modifikasiya R-Line “idman” paketinə əsaslanır. İstehsalçı bu paketə genişləndirilmiş təchizatı və zavod antixromunu əlavə edib. İnteryerdəki dəyişikliklər qapı kartlarında və ön paneldə quraşdırılmış “karbon” örtmələr, həmçinin tavanın qara örtüyündən ibarətdir.

Image alt Image alt Image alt Image alt Image alt

Alıcı virtual cihazlar paneli, 9,2-düymlük sensorlu ekrana malik olan media sistemi, sensor düymələri olan çoxfunksiyalı sükan çarxı və güclü yan dəstəyi olan idman oturacaqlarına görə əlavə pul ödəməli deyil. Lakin tam ötürmə sistemi Britaniyadakı krossoverlər üçün opsiya şəklində belə mövcud deyil. Hazırda Tiguan Black Edition yalnız 1,5-litrlik benzin turbomühərriki və ya 2,0-litrlik turbodizeli ilə təklif olunur. Hər iki aqreqat 150 at qüvvəsi hasil edir.

Modifikasiya çeşidinin zirvəsində tam ötürmə və 300 at qüvvəli mühərrikə malik olan “bərkgedən” Tiguan R versiyası durur. “Bərkgedən” krossoverin qiyməti 49,160 funt sterlinq təşkil edir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.