Volkswagen Golf R modelinin davamçılarının sayı artmaqda davam edir. Bir müddət bundan əvvəl alman istehsalçısı “qaynar” T-Roc R krossoverini təqdim edib. Bu yaxınlarda artıq buraxılacağı çoxdan müzakirə edilən “qaynar” Tiguan R krossoveri də işıq üzü görməlidir.
Bunu söyləməyə, bir müddət bundan öncə şəhər küçələrində görünən prototip işarə edir. Almaniya şəhərlərinin birində peyda olmuş prototip zahirən krossoverin R-Line dəstli modifikasiyasına bənzəsə də, buraxlış sisteminin iki cütlənmiş çıxı boruları qarşımızdakı krossoverin R indeksli “qaynar” modifikasiyanın olduğundan xəbər verir. Əlbəttə ki, avtomobilin zahiri görünüşünün sonradan dəyişəcəyini və daha aqressiv aerodinamik dəstə malik olacağını da güman etmək olar.
İlkin məlumata görə, Tiguan R 320 at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərriklə təchiz ediləcəkdir. “Qaynar” Tiguan R modelinin debütü bu il baş tuta bilər. Əslində bunun üçün ideal vaxt və məkanda vardır – sentyabr ayında işinə başlayacaq Frankfurt avtosalonu. R ailəsinə daxil olacaq yeni avtomobillərə gəldikdə isə, Arteon modelinin də növbədə olduğunu güman etmək olar.