Çin Sənaye Nazirliyinin bazasında yeni Volkswagen Tiguan X kupeşəkilli krossoveri haqqında şəkillər və məlumatlar aşkar edilib. Yeni krossover alman markasını model xəttində olan digər kupeşəkilli Teramont X və Tayron X krossoverlərinə qoşulacaqdır. Kupeşəkilli krossover standart Tiguan modelindən dam xətti və arxa tərəfin tərtibatı ilə fərqlənəcəkdir.
Tiguan X modelinin arxa fənərləri LED zolağı ilə birləşdirilmişdir. Bundan başqa, bamperdən çıxan səsboğucu sistemin xrom örtüklü boruları və onların üstündəki qırmızı zolaq diqqəti çəkir. Eyni zamanda, krossoverin ön tərəfinin dizaynı tamamilə yenilənmiş Tiguan modelini təkrarlayır. Başlanğıcda yeni krossover 186 və 220 at qüvvəli 2.0 TSI mühərriki ilə təklif ediləcəkdir.
Çin idarəsinin bazasında aşkar edilmiş sənəddə kross-kupenin Tiguan Allspace modelinin (Çində Tiguan L adlanan) əsasında inşa edilib. Tiguan X modelinin təkər bazasının uzunluğu 2791 millimetr, hündürlüyü 1628 millimetr. qabarit uzunluğu isə 4764 millimetrdir. Beləliklə, Tiguan X kross-kupesi Tiguan ailəsinin ən uzun avtomobilidir.
Volkswagen Tiguan X modelinin istehsalı şirkətin Şanxaydakı zavodunda təşkil ediləcəkdi. Modelin təqdimatı bu ilin sonuna qədər baş tutmalıdır.