Volkswagen şirkəti Avropa bazarında Touareg modelinin dəbdəbəli variantı olan Executive Edition modifikasiyasını təqdim etmişdir. SUV seqmentində populyar olan avtomobil eksteryer və interyerin xüsusi tərtibatı ilə seçiləcəkdir. Alman istehsalçısının mətbuat xidməti xüsusi məhdud seriyadan olan ofroderi "modelin məhdud sayda buraxılacaq qeyri-adi variantı" kimi təqdim etmişdir.

Məhdud seriaydan olan ofroderlərin kuzovu eksklyuziv Malbec Red rənginə boyanacaqdır ki, bu çalar qırmızı şərabların hazırlanması üçün istifadə edilən məşhur Malbek üzüm sortuna itah edilmişdir. Bundan əlavə, avtomobil tündləşdirilmiş arxa qabarit işıqlarını və qara rəngli tərtibatı olan 20-düymlük Mallory təkər diskləri ilə seçiləcəkdir. Opsional olaraq bu disklərin 21-düymlük variantını da sifariş etmək olar.

Volkswagen Touareg Executive Edition modifikasiyasının salonunda Nappa dərisi ilə örtülmüş və "almaz" formalı işləmələri, həmçinin seçilən unikal tikişləri olan oturacaqları görmək mümkündür. Avtomobilin təchizatına ətrafın işıqlandırılması, qızdırılan və soyudulan qabaq oturacaqlar, yüksək kefiyyətli təbii agacdan olan işləmələr və işıqlanan "Executive Edition" sözləri olan kandar lövhəcikləri daxildir.

Almaniyada Volkswagen Touareg Executive Edition modeli 204 və 262 at qüvvəsi gücü olan 3,0-litrlik V6 dizel mühərrikləri ilə təklif ediləcəkdir. Güc areqatları 8-pilləli avtomatik sürətlər qutusu və 4Motion firma tam çəkiş sistemi ilə birgə çalışacaqdırlar.

Volkswagen Touareg Executive Edition modifikasiyasının 204 qüvvəli variantı 64925 avrodan başlayan qiymətlərlə təklif ediləcəkdir. Daha güclü variantın dəyəri isə, 68550 avrodan başlayan qiymətlərlə satılacaqdır. Avtomobillərin sayı və hansı ölkələrdə satılacağı barədə açıqlama verilməmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt