Volkswagen ID elektrik avtomobilləri ailəsi satışları artırır və MEB platformasına əsaslanan çoxsaylı modellərlə genişlənəcəkdir, lakin şirkət artıq inkişafın növbəti mərhələsinə hazırlaşır. Yeni mərhələ Project Trinity adlanır və onun əsas modeli, silueti yeni tizerdə göstərilmiş iri ölçülü alçaq sedan olacaqdır. Elektromobil haqqında hələlik məlumat verilməyib və ümumiyyətlə, bu layihə yalnız bir avtomobilin yaradılmasından çox kənara çıxır.
Project Trinity, Volkswagen şirkətinin dəyişən bazarda işləmək və Almaniyada öz fabrikini quran Tesla ilə rəqabət aparmaq üçün yaratdığı uzunmüddətli Accelerate strategiyasının əsas maddəsidir. Bu layihə yalnız elektromobil texnologiyalarının inkişafını deyil (məsələn, batareyaları doldurmaq zamanı, benzin doldurmaq zamanı ilə eyni olunmalıdır), həm də yeni elektronikaya və istehsal proseslərinə keçidi əhatə edir.
Trinity layihəsi çərçivəsində, konsern komponentlərin unifikasiyası və standartlaşdırılmasının əvvəllər görünməyən səviyyəsinə çatmağı planlaşdırır. Yığılma proseslərini sadələşdirmək üçün bütün avtomobillərdə vahid qurğular dəsti və eyni təchizat olacaqdır. Müxtəlif konfiqurasiyalar isə yalnız bu və ya digər avadanlıqların proqram əlçatanlığını nəzərdə tutacaqdır. Üstəlik, müxtəlif opsiyaları tələbə əsasən istənilən vaxt aktivləşdirmək mümkün olacaqdır - əlbəttə ki, əlavə ödəniş etməklə. Bundan əlavə, Trinity layihəsindən olan avtomobillərdə 2 + səviyyəli avtopilot quraşdırılacaq və birbaşa dördüncü səviyyəyə keçməyə texniki hazırlıq təmin olunacaqdır.
Project Trinity çeşidinin ilk seriya modeli 2026-cı ildə işıq üzü görməlidir. O vaxta qədər, bu layihədən olan elektromobillərin buraxılacağı Volfsburqdakı əsas zavodun geniş miqyaslı modernləşdirilməsi həyata keçiriləcəkdir.