Volkswagen şirkəti yenilənmiş up! modelini təqdim etmişdir. Yenilənmiş yığcam şəhər avtomobilinin ilk kütləvi nümayişi mart ayının 3-də işinə başlayacaq Cenevrə avtomobil salonunda keçiriləcəkdir. Bundan əlavə, alman konserni Cenevrədə yığcam ölçülü krossoverin də təqdim ediləcəyini bildirmişdir. Yenilənmiş up! ilk növbədə 89 at qüvvəsi və 160 Nm fırlanma anı olan yeni 1,0-litlik üç silindirli turbomühərrik ilə təchiz ediləcəkdir. Bu mühərrik, avtomobilə 100 km/saat sürətini on saniyəyə toplamağa imkan yaradır. VW up! modelinin maksimal sürət həddi 185 km/saat təşkil edir.
Yenilənmiş avtomobil 100 kilometr məsafə qət etmək üçün 4.4 litr yanacaq sərf edir. Tam dolu yanacaq çəni ilə up! 800 kilometr yürüyüş etmək iqtidarındadır. Avtomobilin atmosferə buraxdığı zərərli qazların miqdarı isə 102 q/km səviyyəsindədir. Volkswagen up! modelinin zahiri görkəmindəki dəyişikliklərə gəldikdə isə, onlar yeni ön və arxa bamperlərdən, həmçinin LED gündüz işıqları quraşdırılmış ön fənərləndən ibarətdir.
Şirkətin dizaynerləri yan güzgülərin korpusununu forması üzərində işləyərək, onları dönmə işıqları ilə təchiz etmişlər. Bundan əlavə, arxa tərəfdə yeni diffuzoru və dizaynı yenilənmiş arxa fənərləri qeyd etmək olar.
Eyni zamanda yenilənmiş avtomobil üçün geniş çeşiddə fərdiləşdirmə imkanları təklif edilir. Bunlar 13 adda kuzovun rəng çalarlarından, 9 ədəd yeni dekordan, 3 növ dam rəngindən, dizayn və rəng dəstəlindən, müxtəlif rəngli təkər disklərindən və ətraf işıqlandırmadan ibarətdir.
İnteryerdəki ən böyük dəyişiklik 3,1-düymlük monoxrom və ya 5-düymlük rəngli displeylə təchiz edilən multimedia sistemidir ki, bu sistem də smartfonlarla, arxa görüntü kamerası və DAB+ rəqəmsal radiosu ilə birlikdə çalışır.
Bundan başqa, avtomobilin avadanlıq siyahısına 300-vattlıq Beats Audio səs sistemi və Pure Air Climatronic havalandırma sistemi daxil edilmişdir.