Volkswagen konserni ilə Microsoft şirkəti strateji əməkdaşlıq barədə müqavilə imzayıb. Bu müqavilə avtomobil sənayesində ən iri rəqəmsal ekosistemin yaradılmasını nəzərdə tutur. Volkswagen Automotive Cloud qlobal bulud platforması alman konserninə yaxın gələcəkdə məlumatın tədarükçüsü rolunda çıxış etməyə imkan verəcəkdir.
2020-ci ildən başlayaraq Volkswagen loqotipini daşıyan beş milyon avtomobil bulud platformasının və Volkswagen We ekosisteminin tərkib hissəsi olacaqdır. Bu sistemin köməyi ilə, şirkət yeni onlayn-xidmətləri təklif edəcək, avtomobilin vəziyyəti haqqında məlumatın toplanması və təhlilini həyata keçirəcək, həmçinin avtomobilə inteqrasiya edilmiş unikal həll yollarını yaradacaqdır. Bunlara misal olaraq, media striminqi üçün tətbiqləri, ağıllı evə qoşulmanı, “hava” ilə proqram təminatının yenilənməsini göstərmək olar.
Bu müqavilə çərçivəsində alman konserni Microsoft şirkətinin Riçmonddakı mənzil-qərargahının yaxınlığında yeni ofisi açacaqdır. Planda ofisin əməkdaşlarının sayını 300 nəfərə çatdırmaq vardır. Bundan başqa, Microsoft alman istehsalçısına öz bulud texnologiyalarından istifadə etmək hüququnu da verəcəkdir.