Volkswagen şirkəti Avropada I.D. konseptlər ailəsinin daha iki üzvünün adını qeydiyyatdan keçirib. Böyük ehtimalla, I.D. Freeler və I.D. Cruiser gələcək prototiplərin adlarıdır.
Yuxarıda da qeyd etdiyimiz kimi, I.D. adı Volkswagen şirkətinin elektromobillər üçün hazırladığı MEB modul platformasında inşa edilən konseptlərə verilir. Yeni adları da bu taleyin gözlədiyi bizdə şübhə doğurmur.
Çox güman ki, bu adlardan biri Volkswagen Type 181 modelinin davamçısına, digəri isə elektrik güc qurğusu ilə hərəkətə gələcək sedana veriləcəkdir. Xatırladaq ki, Type 181 adı altında 1960 – 1980-ci illər arasında kiçik yolsuzluq avtomobili buraxılırdı. Bir sıra bazarlarda bu model Thing və Trekker adı ilə məşhur idi.
Bu günə qədər alman istehsalçısı gələcək seriya elektromobilləri haqqında təsəvvür yaradacaq üçn konsepti təqdim edib. Bunlar I.D. hetçbeki, I.D. Crozz krossoveri və I.D.Buzz minivenidir. Hetçbek kuzovlu I.D. modelinin 2019-cu ildə seriya istehsalına başlanmalıdır.