Volkswagen şirkəti Crafter furqonunun növbəti nəslinin tizerlərini dərc etmişdir. Yeni avtomobilin kütləvi təqdimat mərasimi bu ilin sentyabr ayında Hannover şəhərində keçiriləcək kommersiya avtomobillərinin sərgisində baş tutmalıdır. Gələcək "Krafter" furqonu haqqında olan məlumat cüzi xarakter daşıyır. Onun Mercedes-Benz Sprtinter furqonu ilə unifikasiya ediləcyi artıq məlum olanlar arasındadır.
Bununla belə, yeni modelin Volkswagen şirkətinin hazırladığı platformada istehsal ediləcəyi söylənilir.
Volkswagen Crafter eyni zamanda Amarok pikapında debüt etmiş 3,0-litrlik altı silindirli mühərriklər ilə də təchiz ediləcəkdir. Bu aqreqat 163, 204 və 224 at qüvvəsi gücü olan variantlarla təklif edilir. Çox güman ki, Crafter modelinin model cərgəsində olan ən iri furqon 224 at qüvvəli mühərriklə təchiz ediləcəkdir.
"Krafter" modelinin istehsalı alman şirkətinin Polşada tikilmiş yeni zavodunda təşkil ediləcəkdir. Yeni furqonun buraxılışına bu ilin ikinci yarısında başlanmalıdır.