Volkswagen şirkəti bu gün yeni nəsil Crafter modelinin fotoşəkillərini dərc etmişdir. Yeni ven əvvəllər olduğu kimi Mercedes-Benz Sprinter modeli ilə unifikasiya edilmişdir. Bununla belə, yeni Crafter Volkswagen şirkətinin mühəndislərinin hazırladığı platformada istehsal ediləcəkdir.
Volkswagen Crafter eyni zamanda Amarok pikapında debüt etmiş 3,0-litrlik altı silindirli mühərriklər ilə də təchiz ediləcəkdir. Bu aqreqat 163, 204 və 224 at qüvvəsi gücü olan variantlarla təklif edilir. Çox güman ki, Crafter modelinin model cərgəsində olan ən iri furqon 224 at qüvvəli mühərriklə təchiz ediləcəkdir. Güc aqreqatları həm mexaniki, həm də avtomatik sürətlər qutusu ilə təchiz ediləcəkdir. Yeni furqon üç növ çəkiş sistemi - öndən, arxadan və tam çəkiş sistemi ilə təklif ediləcəkdir. Bundan başqa, Crafter modelini dörd növ təkər bazası, üç növ uzunluğu və ün növ hündürlü olan kuzovlarla sifariş etmək olar.
Furqonun kuzovu bu sinifdəki avtomobillər arasında ən yaxçı müqavimət əmsalına malikdir ki, bu əmsal 0,33 bərabərdir. "Krafter" modelinin istehsalı alman şirkətinin Polşada tikilmiş yeni zavodunda təşkil ediləcəkdir. Yeni furqonun buraxılışına bu ilin ikinci yarısında başlanmalıdır. Yeni avtomobilin kütləvi təqdimat mərasimi bu ilin sentyabr ayında Hannover şəhərində keçiriləcək kommersiya avtomobillərinin sərgisində baş tutmalıdır.