Düsseldorfda keçirilən Caravan Salon 2023 sərgisində T7 indeksini almış yeni nəsil California modelinin konseptual prototipinin təqdimatı baş tutub. Şou-karla indiki kemper arasındakı əsas vizual fərq - sol tərəfdə sürüşərək açılan ikinci qapının olmasıdır. Texniki yenilik isə, hibrid güc qurğusudur. Yüksək ehtimalla, hər iki yenilik 2024-cü ildə bazara çıxacaq California T7 seriya minivenində tətbiq ediləcək.
Volkswagen şirkətindən sürüşərək açılan ikinci qapının meydana çıxması ilə California miniveninin üçzonalı bir kemperə çevrildiyini bildiriblər. Salonun sağ tərəfi sərnişin oturacaqları üçün ayrılıb. Güman edilir ki, belə bir konfiqurasiyada avtomobili həftə ərzində adi miniven kimi, həftəsonları isə, təbiətə səfərlər zamanı kemper kimi istifadə etmək olar. İkinci zona da mövcuddur – bu, sağ qapıya kölgə salan və bir dirəkli çardağı olan "çadırdır". Üçüncü zona isə, salonun mətbəx və açıq havada istirahət üçün iki dirəkli çardaqla təchiz edilmiş sol tərəfidir.
Ön oturacaqlar 180 dərəcəyə dönə bilrlər, arxa oturacaqlar isə açılaraq çarpayıya çevrilirlər. Əlavə məkanı əldə etmək üçün kresloları söküb çıxarmaq da mümkündür. Planşet və smartfondan idarə olunan yuxarı qalxan dam da var.
Konseptual California kemperini benzin-elektrik güc qurğusu ilə hərəkətə gəlir. Qurğu haqqında heç bir məlimat verilməyib, çox güman ki, bu Multivan modifikasiyasında mövcud olan eHybrid sistemidir: bu, tərkibinə 1,4-litrlik daxili yanma mühərriki və elektromotor daxil olan hibrid güc qurğusudur. Hibrid qurğunun ümumi gücü 218 at qüvvəsidir. Sırf elektrik dartması ilə qət ediləm məsafə 50 kilometrdir.
Volkswagen California bazara çıxandan bəri 260 mindən çox kemper satılıb: birinci ildə miniven beş min nüsxə satılsa da, T6 modelinin satışa çıxarıldığı 2017-ci ildə 15 mindən çox kemper öz sahibini tapıb. Yeni nəsil California T7 miniveni gələn il Avropa bazarında satışa çıxacaq və təxminən 65-70 min avroya başa gələcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.