Bu il Volkswagen şirkətinin R-modellərinin çeşidi əhəmiyyətli dərəcədə genişlənəcəkdir. Önümüzdəki aylarda nümayiş etdiriləcək yeni nəsil tamötürməli "bərkgedən" Volkswagen Golf R hetçbekindən sonra, növbə Tiguan R krossoveri və Arteon R liftbekinə çatacaqdır.

Tiguan və Arteon modellərinin top versiyaları bu günlərdə Nürburqrinqdə sınaqdan keçirilərkən, casuslar tərəfindən aşkar olunublar. Lakin, R modellərini ayırd etmək o qədər də asan iş deyil. Məsələn, qarşımızdakı avtomobilin R-Line dəstinə malik olan adi Arteon olduğunu düşünmək olar, lakin bir sıra detallar trekdəki avtomobilin əsl Arteon R modeli olduğundan xəbər verir.

Diqqətlə baxsaq, səsboğucu sistemin dörd iri çıxış borusunu və iri hava girişləri olan yeni ön bamperi görmək olar. Ağ rəngli, aqressiv dizayna malik olan arxa bamper də yenidir. Bununla belə, bu, dəstin yalnız R indeksli liftbeklərdə tətbiq ediləcəyinə dəlalət etmir, çünki R modeli ilin sonunda, yenilənmiş liftbek ilə birlikdə təqdim ediləcəkdir. Prototipdəki gümüşü rəngli yan güzgülər və mavi rəngli əyləc supportları da diqqəti çəkir.

Image alt Image alt Image alt

Bəs "bərkgedən" Arteon hansı mühərriki əldə edəcəkdir? Kapotun altında "bərkgedən" Golf R modelinin təchiz edildiyi 333 at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərrikin yerləşəcəyini istisna edilmir. Lakin, liftbekin 400 at qüvvəsi hasil edən 3,0-litrlik VR6 biturbo mühərriki ilə qürrələnmək ehtmalı da vardır. Mühərrikdən asılı olmayaraq, avtomobilin DSG "robotu" ilə təchiz ediləcəyi şübhəsizdir.

Image alt Image alt Image alt Image alt

Volkswagen Tiguan R modelinə gəldikdə isə, "bərkgedən" krossoverin 310 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik ilə təchiz olunacağı gözlənilir. Xatırladaq ki, bənzər aqreqat Cupra Ateca və Formentor modellərinin kapotunun altında yerləşir. Güc aqreqatı 7-pilləli DSG "robotu" və 4Motion tam ötürməsi ilə birlikdə çalışacaqdır.

"Bərkgedən" krossover yenidən tənzimlənmiş şassiyə, daha zəngin təchizata və onun görünüşünə aqressivlik bəxş edən aerodinamik kuzov dəsti ilə də təchiz ediləcəyi gözlənilir.