Orijinal Scout modelləri amerikan International Harvester şirkəti tərəfindən 1961-1980-ci illərdə istehsal ediliblər və yerli bazarda Ford və Chevrolet markalarının çərçivəli ofrouderləri ilə rəqabət aparıblar. Lakin sonradan şirkət bu seqmentdən imtina edib və diqqətini yük avtomobillərinə yönəldib. 2022-ci ildə Almaniyanın Volkswagen konserni Şimali Amerika bazarında çərçivəli pikaplar və ofrouderlər seqmentinə daxil olmaq üçün unudulmuş brendi dirçəltməyə qərar verib.

O vaxtdan bəri, Scout brendi ABŞ-da özünün texniki mərkəzini açıb və bu ilin əvvəlində Cənubi Karolinadakı zavodun tikintisinə başlayıb. İndi gələcək avtomobillərin prototipləri - Scout Traveler krossoveri və Scout Terra pikapı hazırdır.

Bu adlar təsadüfən seçilməyib, çünki yetmişinci illərdə orijinal Scout modelinin müxtəlif versiyaları belə adlanırdı. Bununla da Volkswagen nəsillərin davamlılığını vurğulayır ki, bunu yeni modellərin görünüşündə də görmək mümkündür. Ön tərəfin dizaynı, yan divarların tərtibatı və ümumi nisbətlər əcdadlara nəzər salmaqla yaradılıb.

Doğrudur, əvvəlki xrom dekorun əvəzinə LED dekordan istifadə olunur. Arxa hissə də LED işıqlara malikdir və ofrouder xarici diametri 35 düymədək olan tam ölçülü ehtiyat təkər üçün qatlanan kronşteyn ilə təchiz olunub.

Hər iki modelin eni eynidir (2326 millimetr), lakin digər ölçülər fərqlənir. Beşqapılı ofrouderin uzunluğu 5258 millimetr, təkər bazası isə, 3048 millimetrdir. Pikapın ölçüləri müvafiq olaraq 5816 və 3759 millimetr, yük platformasının uzunluğu isə, 1524 millimetrdir.

Yeni Scout modelləri elektromobillər olduğundan, onların məişət elektrik rozetkaları və USB-C portları olan ön baqajı var. Pikapın yük yerində isə, əlavə elektrik çıxışları var. Ofrouderin baqaj qapağı iki hissəlidir və aşağı açılan borta və yuxarı qalxan bölməyə malikdir.  İstehsalçı güc bamperləri, bucurqadlar, əlavə işıqlandırma və digər elementlər də daxil olmaqla, geniş çeşiddə ofroud aksessuarları vəd edir.

Yüngül retro üslubu Scout modelinin interyerlərində davam edir. Məsələn, ön panelin eni boyunca uzanan günəşlik var. Onun altında isə, cihazlar paneli və multimedia sisteminin ekranları yerləşir. Bir qədər aşağıda fiziki düymələr və tutacaqların bloku quraşdırılıb.

İki səviyyəli mərkəzi tunel - simsiz enerji doldurma üçün ikiqat platformaya, stəkanaltılara və dirsəkaltıları olan geniş boksa malikdir. Bununla belə, adi ön oturacaqların yerinə tək üç nəfərlik divanı da sifariş etmək olar. Bu halda mərkəzi tunel ümumiyyətlə olmayacaq.

Scout elektromobilləri üçün Rivian arabacığı ilə unifikasiya edilməyən xüsusi çərçivəli platforma hazırlanıb (keçən yay Volkswagen və Rivian əməkdaşlığa başladıqlarını elan ediblər). “Skautlar” ön tərəfdə qoşa köndələn qollu asqıya, arxada isə, bötüv körpüyə malikdirlər (Rivian avtomobillərində arxada çoxqollu pnevmatik asqı var).

Dartma batareyası (800 volt) çərçivənin lonjeronları arasında yerləşir və hər oxun öz elektrik mühərriki var, lakin onların xüsusiyyətləri hələlik açıqlanmayıb. Yalnız maksimum fırlanma anı (1355 Nm) və 60 mil/saata (97 km/saat) sürətlənmə vaxtı göstərilir: 3,5 saniyə. 

Elan edilmiş yürüş məsafəsi 563 kilometrə çatır, şarj sisteminin maksimum gücü isə, 350 kilovatdır. Avtomobillərdə Tesla şirkətinin NACS şarj konnektoru quraşdırılıb ki, bu da Supercharger stansiyalarının geniş şəbəkəsinə problemsiz qoşulma deməkdir.

Bununla belə, həmçinin Harvester (“Skautları” istehsal edən orijinal şirkətin şərəfinə) adlı mənzilin artırılmasını sifariş etmək olar. Hələlik heç bir təfərrüatları açıqlanmayan kiçik daxili yanma mühərriki generator kimi işləyir və təkərlər ilə heç bir əlaqəsi yoxdur. 

Beləliklə, “Skautlar” həm sırf elektromobil, həm də ardıcıl hibridlər ola bilərlər (Rivian modellərində belə seçim yoxdur). Sonuncu halda, yürüş ehtiyatı 805 kilometrə çatır. 

Terra və Traveler 907 kiloqrama qədər yük daşıya bilirlər. Ofrouder 3175 kiloqram çəkisi olan qoşqunu yedəkləyə, pikap isə, 4535 kiloqramlıq qoşqunu darta bilər. Ofroud potensialı da diqqətə layiqdir: klirens 305 millimetr, çay keçidinin dərinliyi isə, 914 millimetrdir. Bundan əlavə, asqının hərəkətini artırmaq üçün ön köndələn dayanıqlılıq stabilizatoru açıla bilər və hər iki təkərlərarası differensial mexaniki kilidlərə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Scout şirkəti Terra pikapının və Traveller ofrouderinin başlanğıc qiymətinin 60.000 dolları keçməyəcəyinə söz verib. Bununla belə, elektromobilləri yalnız 2027-ci ildə almaq mümkün olacaq, baxmayaraq ki, əvvəllər satışların başlanması 2026-cı ilə planlaşdırılımışdı.

Məsələ ondadır ki, Cənubi Karolinadakı zavodun tikintisi hələ ilkin mərhələdədir və hələlik formal olaraq konsept statusunu daşıyan yeni modellərin tənzimlənmələri də vaxt aparacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.