Volkswagen şirkəti Volfsburqdakı zavodda yığılacaq yeni əlçatan elektromobilin ilk şəklini nümayiş etdirib. Şou-karın premyerası martın əvvəlinə planlaşdırılıb, hazır əmtəə versiyası isə, 2027-ci ildə debüt etməlidir. Volkswagen AG konserninin Əsas və yerli istehsal şurasının sədri Daniella Kavallonun sözlərinə görə, yeni model əsl Volkswagen olacaq ki, bu da yüksək keyfiyyət və 20.000 avroya yaxın sərfəli qiymət deməkdir.
ID. 2all modeli kimi, büdcə avtomobili də MEB platformasının təkmilləşdirilmiş versiyasına əsaslanacaq və Brand Group Core çətiri altında yaradılan yeni subkompakt elektromobillər xəttinin bir hissəsi olacaq. Bazara ilk çıxan ID.2all modelinin seriya versiyası olacaq. Onun satış debütü 2026-cı ilə planlaşdırılıb. Bu elektromobil bir qədər baha olacaq - 25 min avrodan bir qədər ucuz.
Volfsburq zavodu elektromobillər üçün istehsal mərkəzi rolunu oynayacaq. Yanacaqlı Golf modelinin yığılması Meksikaya köçürüldükdən sonra, burada yeni elektrmobillərin - SSP (Scalable System Platform) platformasında inşa edilmiş yeni nəsil Golf və T-Roc modellərinin istehsal prosesinə start veriləcək.
2019-cu ildə ID subbrendinin istifadəyə verilməsindən bəri almanlar 1,35 milyondan çox elektromobil, o cümlədən təxminən 500 min ID.3 hetçbeki satıblar. Keçən il bu seqmentdəki satışlar 383 100 avtomobil təşkil edib. 2027-ci ilə qədər təqdim olunacaq doqquz yeni modelin köməyi ilə, Volkswagen öz yerini ən azı elektrik mobilliyi üzrə Avropa lideri kimi möhkəmləndirmək niyyətindədir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.