Bu gün Volkswagen şirkəti rəsmi olraq yenilənmiş Amarok pikapını təqdim etmişdir. Yenilənmiş Volkswagen Amarok modelinin eksteryeri və interyeri çox da ciddi olmayan dəyişikliklərə məruz qalmışdır. Avtomobilin dərc edilmiş fotoşəkillərindən göründüyü kimi, Amorok modelinin simasında edilmiş kosmetik düzəlişlər onun görünüşünü «təravətləndirmək» məqsədini daşıyır. Avtomobil yeni dizaynı olan radiator barmaqlığını, işıq diodlarından hazırlanmış gündüz hərəkət işıqları olan biksenon ön fənərləri, 20-düymlük təkər diskləri və kuzovun rənginə boyanmış arxa tir ilə təchiz edilmişdir.
Volkswagen Amorok modelindəki əsas dəyişikliklər onun mühərrik bölümündədir. Belə ki, yenilənmiş pikap yeni altı silindirli dizel mühərrikləri ilə təchiz edilir. 3,0-litr iş həcmi olan V6 şəkilli dizel güc aqreqatı üç modifikasiyada təklif ediləcəkdir - bunlar 163, 204 və 224 at qüvvəsi gücü olan mühərriklərdir. Güc aqreqatları alti pilləli mexaniki və ya səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə birgə çalışacaqdırlar. Bildiyimiz kimi, pikap əvvəllər 180 at qüvvəsi olan 2,0-litrlik dörd silindirli biturbo dizel ilə təchiz edilirdi.
Yenilənmiş pikap həçminin üç növ ötürmə ilə təklif ediləcəkdir. Standart olaraq avtomobil arxadan çəkişli olacaqdır. Opsional olaraq isə, 4Motion tam çəkiş sistemi təklif edilir. Mexaniki sürətlər qutusu ilə təchiz edilmiş avtomobil qoşula bilən çəkiş sistemi, avtomatik sürətlər qutusu olan modifikasiyalar isə Torsen differensialı olan tam ötürməli çəkiş sistemi ilə sifariş etmək mümkündür.
Bundan başqa, yenilənmiş pikapın təchizatına Servotronic sükan sistemi, öndə 16, arxada 17 düymlük diskləri olan əyləc sustemi də daxildir. Avtomobil həmçinin arxa görüntü kamerası olan parketmə sistemi və qəzadan sonra avtomobilin durmasını təmin edən avtomatik əyləc sistemi ilə də təchiz ediləcəkdir.