Yenilənmiş Volkswagen Golf GTI Clubsport modelinin dünya təqdimatı mayın 31-də, “ADAC RAVENOL 24h Nürburgring” marafonu çərçivəsində keçiriləcək. “Klubsportun” 2.0 TSI turbomühərrikinin hasilatı açıqlanmasa da, onun artıq "ən güclü ön ötürməli Golf" olduğu bildirilir.
Xatırladaq ki, əvvəlki GTI Clubsport 300 at qüvvəsi və 400 Nm fırlanma anına malik idi, lakin hətta belə güc göstəriciləri ona Renault Megane R.S. Trophy-R modelinin Nürburqrinqdəki rekordunu qırmağa kömək edə bilməmişdi.
“Bərkgedən” hetçbekin eksteryerində müəyyən dəyişikliklər baş verəcək: radiator barmaqlığındakı loqotip işıqlandırlacaq və başqa optika quraşdırılacaq. Əlavə ödəniş müqabilində yeni dizaynlı 19 düymlük standart təkər disklərini döymə disklərlə əvələmək də mümkün olacaq. Belə disklərin hər birinin çəkisi cəmi səkkiz kiloqram təşkil edir.
Salonda yeni çoxfunksiyalı sükan çarxı, IDA səs köməkçisi və ChatGPT ilə təchiz edilmiş mediasistemi peyda olacaq. Standart avadanlıq siyahısına, əvvəlki kimi, ön oxdakı elektron idarələnən differensial və “Şimal İlgəyinin” topologiyasını nəzərə alan Special idarəetmə rejimi daxildir. Adaptiv DCC asqısı - opsiyadır.
“ADAC RAVENOL 24h Nürburgring” marafonu çərçivəsində Golf GTI Clubsport 24h hetçbeki də nümayiş olunacaq. Yarış avtomobili Volkswagen Motorsport bölməsi tərəfindən hazırlanıb və Shell tərəfindən hazırlanmış yüksək texnologiyalı yanacaq - E20 qarışığı ilə işləyən 348 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 2,0 TSI turbomühərriki ilə təchiz edilib.
O, mühərrikin səmərəliliyini artırmağa kömək edir və həm də ətraf mühitə adi E5 və E10 qarışıqlarından daha az ziyan vurur. Karbon qazı tullantılarının səviyyəsi də 35-40 faiz daha azdır, çünki yanacağın demək olar ki, yarısı bərpa olunan xammallardan - əsasən də qida tullantılarından ibarətdir. Müasir Golf modellərini 1980-ci il istehsalı olan Golf GTI Group 2 hetçbeki müşayiət edəcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.