Las-Veqasda (ABŞ) keçirilən CES sərgisindən əvvəl Volkswagen şirkətinin Şimalı Amerikadakı ofisi alman markasının bestsellerinin interyerini nümayiş etdirib. Dəyişikliklər "bərkgedən" Golf GTI modelinin nümunəsində göstərilib. Qeyd etmək gərəkdir ki, səkkizinci nəsil Golf modelinin adi versiyaları da eyni şəkildə yeniləcəklər. Təkmilləşdirmələr sükan çarxına (sensorlu düymələrini analoqları ilə əvəzlənib) və məlumat-əyləncə kompleksinin ekranına təsir göstərib.

İndi Volkswagen Golf modelinin interyeri ID xəttindən olan elektromobillərin interyerinə bənzəyir: ön paneldə şaybaları olmayan, lakin klimat-kontrolun primitiv düymələri olan sensorlu ekran onlardan götürülüb. Bundan başqa, Golf sahiblərinin narazılığına səbəb olmuş çoxfunksiyaslı sükan çarxındakı sensorlu düymələr adi fiziki düzymələrlə əvəzlənib. Üstəlik, hetçbekin multimedia sisteminə ChatGPT da əlavə edilib.

Yenilənmiş Volkswagen Golf GTI modelinin eksteryer dizaynı hələlik açıqlanmayıb, lakin kamuflyajdakı hetçbekin fotoşəkillərdən göründüyü kimi, optika və bamperlər dəyişsə də, radikal yenilikləri gözləməyə dəyməz. Böyük ehtimalla, “səkkizinci” Golf modelinin tanınan elementinə çevrilmiş pətək formalı gündüz hərəkət işıqları keçmişdə qalacaq, lakin bütün hot-hetçlərdə Clubsport üslubunda spoyler quraşdırılacaq. 19-düymlük yüngül lehimli təkər disklərinin çeşidinə yenidən baxılacaq.

Image alt Image alt Image alt Image alt

Texniki hissədə radikal yenilənmələr gözlənilmir, lakin restaylinqdən sonra Golf GTI bir qədər güclü ola bilər. Mexaniki transmissiya da yəqin ki, keçmişdə qalacaq: bütün hetçbeklər preselektiv 7-pilləli DSG “robotu” ilə təchiz ediləcəklər. Yenilənmiş Golf ailəsi barədə təfərrüatlar bu ayın sonuna qədər açıqlanacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.