Volkswagen şirkəti yenilənmiş Polo modelinin ilk görüntüsünü yayımlayıb və onun təqdimat tarixini açıqlayıb. Yenilənmiş hetçbekin təqdimatı 22 aprel tarixində keçiriləcəkdir. Tizer-sketçdə yenilənmiş hetçbekin ön tərəfinin bir hissəsi göstərilib.

Təsvirdən göründüyü kimi, yenilənmiş Volkswagen Polo modeli sələfindən iki modulu və gündüz hərəkət işıqlarının başqa naxışı olan daha nazik fənərləri ilə fərqlənəcəkdir. Fənərlərdən uzanan diod zolağı yenilənmiş radiator barmaqlığındakı Volkswagen embleminin ortasından “keçir”.

Yenilənmiş Polo modelinin görünməyən kamuflyaja malik olan sınaq prototipi artıq bir neçə dəfə casusların obyektivlərinə rast gəlib. Şəkillərdəki hetçbekin səkkizinci nəsil Golf hetçbekinin arxa fənərlərinə bənzəyən arxa işıq texnikasına, daha yuvarlaq konturları olan baqaj qapısına və buraxılış sisteminin iki çıxış borusu quraşdırılmış yeni bamperə malik olduğu görünür.

Polo yazısının Golf modelində olduğu kimi arxa qapının mərkəzinə köçəcəyi gözlənilir. Təkər diskləri fərqli dizayna, kuzov isə yeni rənglərə sahib olacaqdır.

Salondakı dəyişikliklər barədə demək olar ki, heç bir məlumat yoxdur. Model yenilənmiş media sistemini. rəqəmsal cihazlar panelini və bir neçə sürücü yardımçılarını əldə edə bilər. Bundan əlavə, Volkswagen yenilənmiş Polo modelinin rəqəmsallaşma və onlayn xidmətlərdən kənar qalmayacağını vəd edib.

Mühərrik çeşidində köklü dəyişiklik nəzərdə tutulmur. Əsas yenilik “mülayim” hibrid prinsipi ilə işləyən güc qurğusunun mühərrik çeşidinə daxil edilməsi ola bilər.