Volkswagen şirkəti yenilənmiş Tiguan Allspace modelini təqdim etməyə hazırlaşır. 2017-ci ildən bəri dünya müzrə 1,5 milyon Tiguan Allspace modeli satılmışdır ki, bu da Tiguan ailəsinin satışlarının 55 faizini təşkil edir!
İş orasındadır ki, Çin bazarındakı əsas tələbat uzunbazalı Tiguan L modelinin payına düşür, Şimali Amerika bazarında isə yalnız Allspace versiyası təklif olunur. Uzunbazalı krossoverlər yalnız Çin (daxili bazar üçün) və Meksikada (Avropa da daxil olmaqla digər bazarlar üçün) istehsal olunurlar.
Qısa təkər bazasına malik olan yenilənmiş Tiguan modeli bu yay təqdim edilsə də, uzun bazalı Tiguan hələ də yenilənməyib. Avropa bazarı üçün nəzərdə tutulmuş yenilənmiş Volkswagen Tiguan Allspace krossoverinin təqdimatının 12 may tarixində keçirilməsi planlaşdırılır.
Yalnız bundan sonra Çin və Amerikada satılan versiyalar yenilənəcəkdirlər. Hələlik təkcə bir tizer dərc edilib, lakin Allspace veersiyasının yenilənməsinin adi Tiguan modeli ilə eyni üslubda aparılacağı aydındır. Krossover yenilənmiş eksteryer dizaynını və müasir elektronikanı alacaq, eyni zamanda. üçüncü oturacaq cərgəsini (opsiya) və tutumlu baqaj bölməsini (maksimum 1920 litr) qoruyub saxlayaraqdır. Tezliklə ətraflı məlumat veriləcəkdir.