Volkswagen yenilənmiş Touareg krossoveri barədə danışıb. Yenilənmiş krossover 2023-cü ilin yayında debüt edəcək və bir sıra maraqlı yeniliklərə sahib olacaqdır. Onların arasında yenidən tənzimlənmiş asqı, məlumatları stabilizasiya sistemi tərəfindən nəzərə alınan damın yüklənməsi sensoru və hər birində 19 200 mikro-LED olan IQ.LIGHT HD fənərləri var.

Volkswagen şirkətindən verilən məlumatına görə, yenilənmiş Touareg yeni nəsil şassi üzərində inşa olunub. Çox güman ki, söhbət MLB Evo “arabacığının” təkmilləşdirilmiş versiyasından gedir. Belə ki, krossoverdə damın yüklənməsini ölçən sensor peyda olacaqdır. O, köməkçi elektronika ilə eyni şəbəkəyə qoşulur ki, bu da, məsələn, avtomobilin damında boksun olub-olmamasından asılı olaraq, stabilləşdirmə sisteminin müdaxilə dərəcəsini dəyişməyə imkan verir.

Bundan əlavə, asqının tənzimləmələri dəyişəcəkdir: bu, həm polad yayları olan passiv, həm də iki kameralı balonları olan opsional pnevmatik asqıya da aiddir. Bundan əlavə, Touareg modelində hər birində 19 200 mikro-LED olan IQ.LIGHT HD matrisa fənərləri peyda olacaqdır.

Bu texnologiya sayəsində yola “interaktiv işıq xalçasını” proyeksiya etmək mümkün olacaqdır. Belə fənərlər yenilənmiş Cayenne modelinin magistral yollarda təhlükəsiz hərəkət trayektoriyasını göstərməyi bacaran optikasına çox bənzəyir.

Image alt Image alt Image alt Image alt

Digər diqqət çəkən məqamlar arasında işıqlandırılan arxa loqotip (yanvar ayından Avropada belə elementlərin istifadəsinə icazə verilir), 15-düymlük displeyi, yüksək dəqiqlikli xəritələri və təkmilləşdirilmiş səslə idarəetməsi olan rəqəmsal Innovision kokpiti, habelə ön panelin və mərkəzi dirsəkaltının üzlənməsi üçün daha yumşaq materiallar var.

Hələlik mühərrik çeşidində edilmiş dəyişikliklər barədə məlumat yoxdur. Bununla belə, Touareg R eHybrid hibridi ailənin flaqmanı olaraq qalacaqdır. Yenilənmiş krossoverin dünyəvi təqdimatının yayda keçirilməsi planlaşdırılır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.