Volkswagen şirkəti ID.4 krossoverinin yeni şəkillərini paylaşıb və onun dizaynını növbəti cümlə ilə təsvir edib: "sanki külək özü ona forma verib". Artıq yeni krossoverin istehsalına başlanıb və avtomobilin təqdimatının sentyabr ayında keçirilməsi planlaşdırılır.
Qeyd etmək lazımdır ki, dərc edilmiş şəkillər oxucularımız üçün sürpriz olmayıb: birincisi, yüngül kamuflyaja malik olan avtomobilin şəkilləri artıq İnternetdə yayılıb, ikincisi, Çin sertifikatlaşdırma orqanı elektromobilin kamuflyajsız şəkillərini öz bazaında yerləşdirib. Ancaq yeni detallar da vardır: məsələn, krossoverin aerodinamik müqavimət əmsalının 0,28 olacağı məlum olub.
Volkswagen ID.4 modeli, artıq satışları başlamış ID.3 hetçbeki kimi, MEB platformasına əsaslanır. İlk mərhələdə alıcılara arxa ötürməli modifikasiya təklif ediləcəkdir. Daha sonra isə, tam ötürməli modifikasiya satışa çıxacaqdır. ID.4 modelinin yürüş ehtiyatı WLTP dövrünə əsasən 500 kilometrin üzərində olmalıdır.
Krossoverin təchiz edildiyi güc qurğuarı haqqında məlumat yalnız Çin bazarı üçün mövcuddur: orada elektromobil 204 at qüvvəli bir elektrik mühərriki ilə satılacaqdır.
Çində, model arxa bamperlər və fənərlər ilə yanaşı, ön tərəfin dizaynı ilə də fərqlənən iki versiyada təklif ediləcəkdir. Üstəlik, onların yığılması müxtəlif zavodlarda aparılacaqdır: ID.4 Crozz variant FAW-Volkswagen, ID.4X modeli isə, SAIC-Volkswagen birgə müəssisəsi tərəfindən istehsal ediləcəkdir.
Çindən əlavə,Volkswagen ID.4 modeli ABŞ və Avropada da təklif ediləcəkdir.