İsveç istehsalçısı 2024-cü ildə etdiyi nəticələri və 2025-ci il üçün planlarını açıqlayıb. Ötən il Volvo Cars şirkəti üçün uğurlu olub, brendin satışları 8% artaraq 175 min avtomobilə çatıb. İsveç brendinin elektromobillərinə tələbat 54% artıb, xalis mənfəət isə, 1,37 milyard avro təşkil edib. Bu, 2023-cü illə müqayisədə 13% artım deməkdir. 2025-ci ildə Volvo şirkətinin bu göstəriciləri yaxşılaşdırmaq üçün yaxşı şansı var: ES90 sedanı, EX60 krossoveri və Çin bazarı üçün hibriddən ibarət olan üç yenilik buna kömək etməldir.
![](https://autograph.az/../images/150259_src.jpg)
Volvo ES90
Volvo ES90 sedanı artıq tizerlərdə göstərilib: o, elektrik xəttinin flaqmanı və S90 sedanın BMW i5, Mercedes-Benz EQE və Audi A6 e-tron modellərinə meydan oxuyacaq davamçısı olacaq. Sedanın texniki baxımından EX90 krossoveri ilə unifikasiya ediləcəyi gözlənilir, bununla belə, flaqman modelinin dizaynı EX30 üslubunda olacaq. Yeni elektrik sedanı Volvo şirkətinin Çinin Geely konserni ilə birgə hazırladığı SPA2 (Scalable Product Architecture) platformasına əsaslanacaq.
![](https://autograph.az/../images/150260_src.jpg)
Volvo ES90
Artıq Volvo ES90 modelinin ölçüləri haqqında təfərrüatlar peyda olub: avtomobilin uzunluğu 4,99 metr, eni - 1,94 metr, hündürlüyü - 1,54 metr, təkər bazası isə, 3,1 metrdən çox olacaq. Yeni model 111 kilovat/saatlıq batareyanı, habelə hasilatı 279 - 517 at qüvvəsi arasında olan güc qurğularını alacaq. Ötürmə - ya arxa oxa və ya da tam olacaq. Yeri gəlmişkən, yeni sedan artıq mart ayında debüt etməlidir.
![](https://autograph.az/../images/150261_src.jpg)
SPA3 arxitekturası
Volvo EX60 elektrik krossoverinə gəldikdə isə, isveçlilər onun üçün SPA3 arxitekturasını hazırlayıblar. Bu platfıromada yuxarıda qeyd olunan SPA2 arxitekturasının təkmilləşdirilmiş yığma bloklarından istifadə edilir: o, daha çevik, yəni müxtəlif model sinifləri üçün uyğun olan Volvo Cars Superset texnoloji yığınına əsaslanan daha güclü hesablama hissəsinə malikdir. Yeni EX60 Volvo şirkətinin model xəttində XC60 krossoverini əvəz edəcək və Tesla Model Y ilə rəqabət aparacaq.
![](https://autograph.az/../images/150262_src.jpg)
Lynk&Co 08
Çin bazarı üçün nəzərdə tutulmuş hibrid isə, hazırda şirkətin planlarında V446 zavoddaxili indeksi altında gedir. Qeyri-rəsmi məlumatlara görə, onun texniki hissəsi SMA platformasına əsaslanan Lynk & Co 08 modelindən götürüləcək. Sonuncu 593 at qüvvəli güc qurğusu və 40 kilovat/saatlıq CATL dartma batareyası ilə təchiz edilir və 1,2 min kilometrlik yürüş ehtiyatına malikdir. V446 hibridi üçün proqram təminatı Çinin Meizu şirkəti tərəfindən hazırlanır – o, 2022-ci ilin yayında Geely konserninin qanadının altına keçən yerli smartfon istehsalçısıdır. Hibrid model Çinin Tayçjou şəhərindəki zavodda istehsal olunacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.