Fantastik görünsə də, artıq insan öz avtomobili ilə söhbət etmək imkanına malik olacaqdır. Amerikan filmlərində izlədiyimiz KİTT avtomobilinə bənzəyən sistemin yeni növünü Volvo və Microsoft şirkətləri birlikdə yaratmışdırlar. Bu sistem, Volvo avtomobilinin sahibinə Microsoft Band 2 səyyar qurğusu vasitəsilə təmas qurmaq imkanı yaradır. Elektron «qolbağının» yardımı ilə avtomobilin qapılarını açıb-bağlamaq, salonu qızdırmaq,avtomobilin qabarit işıqları yandırmaq, siqnal vermək, və hətta, naviqasiya sistemindən də istifadə etmək olar.
Bütün bunları həyata keçirmək və avtomobilin sistemlərini səslə idarə etmək üçün, Volvo sahibinin yalnız «Volvo on Call» mobil əlavəsinə ehtiyacı vardır. Əlbəttə, bu sistemin şou xatirinə göstərildiyini də iddia edə bilərsiniz, lakin Volvo və Microsoft, bu texnilogiyanı artıq yazda avtomobil alıcılarına təklif etməyə başlayacaqdırlar.
Onu da qeyd etmək lazımdır ki, bu sistem bir sıra bazarlarda təklif olunacaqdır ki, bunların da siyahısına ABŞ, Böyük Britaniya, Polşa, Rusiya, Kanada, Çin, İsveç, Almaniya, Fransa, İtaliya, Hollandiya, Belçika, Lüksemburq, İsveçrə, Avstriya, İspaniya, Portuqaliya, Norveç, Finlandiya, Danimarka və Braziliya daxildir.
Xatıqladaq ki, bir müddət əvvəl hər Volvo və Microsoft, birgə səylərinin nəticəsi olan «HoloLens» adlanan texnologiyanı nümayiş etdirmişdilər. Bu texnologiya, isveç şirkətinin dizayn mərkəzində istifadə ediləcək və diler şəbəkəsindəki adi konfiquratorları əvəz edəcək holoqrafik compüter sistemindən ibarətdir.