Volvo şirkəti 90-cı seriyadan olan modellərin yenilənməsi haqqında məlumat vermişdir. Volvo S90 sedanı, V90 universalı və XC90 krossoveri genişləndirilmiş təhlükəsizlik sistemləri siyahısına malik olmuş və bir-birini yollarda olan sürüşkən hissələr baradə xəbərdar etməyi “öyrənmişdirlər”.

Slippery Road Alert sistemi Volvo şirkətinin məlumatlarını saxlayan bulud xidməti vasitəsi ilə işləyir. Misal üçün, yolun buzlu hissəsini keçən hər hansı bir avtomobildə trekşn-kontrol sistemi çalışarsa, bu zaman məlumat avtomatik olaraq “buluda” göndərilir. Bundan spnra müvafiq xəbərdarlıq bu sahəyə yaxınlaşan avtomobillərə göndəriləcəkdir. Bu prinsip üzrə 90-cı seriya modellərində quraşdırılan digər bir sistem - Hazard Light Alert  sistemi də çalışır. Bu sistem avtomobillərdə işləyən qəza siqnalları barədə məlumatı toplayaraq yaxınlıqda olan avtomobillərə ötürür. Volvo şirkəti həmçinin yeni altı pilləli mexaniki və avtomatik ötürmələr qutusunu da hazırlamışdır. 

Yeni qutularla təchiz edilmiş dörd silindrli dizel mühərrikli Volvo S90 D3 modelinin 100 kilometrə olan yanacaq sərfiyyatı 4,3 litrə bərabərdir. Bundan başqa, tez bir vaxtda D3 mühərriki tam şəkiş sistemi ilə birlikdə də təklif ediləcəkdir.

Volvo S90 və V90 modellərinin rəng çeşidinə Maple Brown rəngi əlavə edilmiş, multimedia kompleksi isə Android Auto funksiyasını dəstəkləməyə başlamışdır. Bundan başqa, avtomobildə olan naviqasiya sistemi internet vasitəsi ilə xəritələri yeniləmək imkanı əldə etmişdir. Yenilənmiş avtomobillərin istehsalına artıq başlanılmışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt