Volvo və Northvolt şirkətləri qüvvələrini yeni tədqiqatlar və təkmilləşdirmələr mərkəzini yaratmaq üçün birləşdiriblər. Birgə tədqiqatlar və təkmilləşdirmələr mərkəzi, elektromobillər üçün akkumulyatorların hazırlanmasına və istehsalına 30 milyard isveç kronu (3,3 milyard dollar) sərmayə qoyulması proqramının bir hissəsi olacaqdır.

Mərkəzin açılması ilə Volvo akkumulyatorların yaradılmasından tutmuş buraxılmasına qədər tam istehsalat dövrü ilə məşğul olan azsaylı avtomobil istehsalçılarından birinə çevriləcəkdir. Volvo və Northvolt şirkətləri bu tərəfdaşlıq çərçivəsində, davamlı inkişaf standartlarına cavab verən birgə müəssisəni yaradılması üzrə öhdəlikləri ehtiva edən sazişi imzalayıblar.

Göteborqdakı tədqiqatlar və təkmilləşdirmələr mərkəzinin yaradılmasından sonra, yeni istehsal müəssisəsinin inşasına başlanmaldır. Bu zavodda, xüsusi olaraq Volvo və Polestar markalarının yeni elektromobillərində quraşdırılacaq növbəti nəsil akkumulyatorları istehsal edəcəklər.

Yeni mərkəz Volvo şirkətinə məxsus olan tədqiqat mərkəzlərinə və İsveçin Vesteros şəhərindəki Northvolt Labs kampusuna yaxın ərazidə yerləşəcəkdır. “Northvolt ilə tərəfdaşlığımız yeni nəsil Volvo elektromobilləri üçün yüksək keyfiyyətli və dayanıqlı akkumulyatorların tədarükünü təmin edəcəkdir”, - Volvo şirkətinin baş direktoru Hakan Samuelsson bildirib.

Image alt Image alt Image alt Image alt

Zavodun potensial illik istehsal gücü 50 giqavat-saat olacaqdır. Tərəfdaşlar əsas diqqəti yürüş ehtiyatının artırılmasını və elektrik yükləmə müddətinin qısaldılmasını təmin edəcək batareyaların yaradılmasına yönəldəcəklər. “Volvo şirkəti yeni nəsil elektromobillərin məhsuldarlığını maksimal dərəcədə artıracaq batareyaların tədarükünün çoxaldılması yolundakı əla tərəfdaşdır”, - Northvolt şirkətinin baş direktoru Peter Karlsson qeyd edib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.