Volvo şirkəti Mercedes-Benz EQE modeli ilə rəqabət aparmaq üçün elektrik sedanı buraxmaq fikrindədir. Bu barədə 1997-ci ildə keçirilən sınaqlar zamanı yeni olan Mercedes-Benz A-Class modelini aşırmış İsveçin “Teknikens Värld” jurnalı xəbər verib.

Dərginin əldə etdiyi məlumata əsasən, elektrik sedanı Volvo ES90 adlanacaq (zavoddaxili indeksi V551), SPA2 (SEA1) platformasında inşa ediləcək və texniki cəhətdən EX90 krossoveri ilə unifikasiya olunacaq. BMW i5 və Mercedes-Benz EQE modelləri artıq İsveç sedanının rəqibləri siyahısına daxil ediliblər. Ən maraqlısı odur ki, uzunluq baxımından o, bu modellərin düz ortasında (uzunluğu - 4990, təkər bazası - 3100 millimetr) yerləşəcək.

Volvo ES90 elektrik sedanı Çinin Tsısi şəhərindəki zavodda istehsal olunacaq. Bu yaxınlarda, orada bütün istehsal xəttinin işini sınaqdan keçirmək üçün Verification Car (aşağıdakı şəkildə) adlanan avtomobili yığdılar. Sedan arxa və tam ötürməli, həmçinin 111 kilovat-saatlıq batareyası olan versiyalarda təklif ediləcək.

Belə batareyaya malik olan Volvo EX90 krossoveri onu doldurmadan 590-600 kilometr qət edir. Krossoverin ikimühərrikli Performance versiyası isə, ilk “yüzlüyə” 4,9 saniyəyə sürətlənir. ES90 sedanının dinamik göstəriciləri daha yaxşı ola bilər, çünki sedan bir sentner daha yüngüldür.

Foto: Theottle

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.