Volvo şirkəti Snapchat sosial şəbəkəsində «40-cı seriyanın» carçısı olacaq konseptlərin daha iki tizerini yaymışdır. Yeni konseptlərin rəsmi təqdimat mərasimi bu ayın 18 tarixində İsveç istehsalçısının Göteborqdakı mənzil-qərargahında keçiriləcəkdir. Artıq xəbər verdiyimiz kimi, bu konseptlər İsveç istehsalçısının seriya modelləri olan XC40 krossoverinin və V40 hetçbekinin növbəti nəslinin dizaynı və texniki cəhətləri barədə təsəvvür yaratmaqla vəzifələndirmişlər. İlk tizerlərin birində «Not your daddy’s Volvo» sözləri mövcüddür ki, bu da avtomobillərin gənc auditoriyaya ünvanlandığından xəbər verir.

Tizerrlərdən də göründüyü kimi, yeni modellər ön fənərləri, sonuncu Volvo avtomobillərinin xarakterik xüsusiyyətlərindən olan və «Torun çəkici» adını almış T-şəkilli işıqdiodlarından hazırlanmış gündüz hərəkət işıqlarına malik olacaqdırlar.

«Qırxıncı seriyadan» olan avtomobillər CMA (Compact Modular Architecture) adlı modul platformasında istehsal ediləcəkdirlər. Bu platformada çoxlu sayda yığcam avtomobillərin istehsal edilməsi nəzərdə tutulur ki, bunların sırasında krossover və hetçbekdən başqa, sedan və universal kuzovlu avtomobillər də olacaqdır.

Yeni avtomobillərin mühərrik çeşidinə üç və dörd silindirli benzin və dizel turbomühərrikləri daxil olacaqdır. Hibrid və elektrik güc aqreqatları ilə hərəkətə gələn modifikasiyaların olacağı da istisna edilmir. Vİnfiniti QX30 və Mercedes-Benz GLA modellərinə rəqib olacaq Volvo XC40 avtomobilinin seriya variantının 2017-ci ildə işıq üzü görəcəyi artıq məlumdur. Avtomobilin istehsalı Volvo şirkətinin Brüsseldəki zavodunda yerləşdiriləcəkdir.

Image alt Image alt