Volvo şirkəti kupeşəkilli kuzova malik olan yeni elektromobil üzərində işləyir. Belə bir modelin buraxılacağı barədə məlumatı isveç markasının yüksək vəzifəli rəsmisi səsləndirib.
Auto Express nəşrinin bildirdiyinə görə, yeni model haqqında o qədər də geniş məlumat yoxdur. Yeni model 2025-ci ilə qədər bazara çıxacaq elektrik krossoveri olacaqdır. Britaniyalı jurnalistlər əldə etdikləri məlumatdan yaralanaraq yeni elektromobilin renderini də hazırlayıblar. Onların fikrincə, gələcək Volvo kross kupesi buna bənzər dizayna malik olacaqdır. “Elektrikləşdirməyə keçmək, avtomobilin nə olduğunu yenidən düşünməyə imkan verir. Əvvəllər iştirak etmədiyimiz seqmentlərə daxil olmaq üçün tam hazırıq”, - Volvo şirkətinin dizayn üzrə böyük vitse prezidenti Robin Payc bildirib.
Peycin sözlərinə görə, elektromobili seçən müştəri ilk növbdə onun yürüş ehtiyatına diqqət yetirir. Bu səbəbdən də, nəqliyyat vasitəsinin aerodinamikası vacib rol oynayır. Odur ki, gələcək model ənənəvi krossover və yolsuzluq avtomobillərindən daha “daha hamar kuzov cizgilərinə” sahib olacaqdır.
Bu günə qədər, Volvo şirkəti müştərilərinə yalnız bir elektrokar təklif edir - XC40 Recharge P8 AWD. Krossover ümumi hasilatı 408 at qüvvəsi olan iki elektrik mühərriki ilə təchiz edilmişldir. Onun yürüş ehtiyatı 400 kilometr təşkil edir. 2021-ci ildə bu cərgəyə Volvo XC90 flaqman krossoverinin elektrik versiyası da qoşulacağı gözlənilir.