İsveç markası yeni tizerlər seriyası dərc etməklə, EM90 modelinin öz tarixindəki ilk miniven olmadığını xatırladıb. Şəkillərdə elektromobil bazara ilk dəfə keçən əsrin ortalarında çıxan Volvo Duett miniveni ilə yanaşı durur. Üç bulanıq şəkildən göründüyü kimi, modellərin nisbətləri oxşardır, lakin müxtəlif dövrlərə aid olan avtomobillər arasındakı oxşarlıqlar, çox güman ki, elə bununla da məhdudlaşacaq.

Volvo Duett modeli 1953-cü ildə, mühəndis Erik Skuqanın səyləri nəticəsində PV445 modelinin əsasında yaradılıb. Modelin adı, onun ikili təyinatına - həm işdə, həm də ailədə istifadəsinin mümkünlüyünə işarə edirdi. Modifikasiya çeşidinə bir neçə versiya, o cümlədən sərnişin universalı və çatdırılma furqonu daxil idi.

Duett bazarda yaxşı tələbata malik idi. 16 illik istehsal dövrü ərzində Volvo dünya üzrə 100 mindən çox belə avtomobil satmışdı. Modelin istehsalı 1969-cu ildə dayandırılsa da, o, Volvo universallarının məşhur xəttinin yaranmasına səbəb oldu.

Müasir minivenə gəlincə, o, tamamilə elektrik dartması ilə hərəkətə gələcək.Volvo EM90 miniveninin xarici görünüşü Çin Xalq Respublikasının Sənaye və Ticarət Nazirliyi sayəsində artıq sirr deyil. Volvo miniveni Geely konserninə məxsus olan Zeekr brendinin 009 modelinə əsasılanır. 

Image alt Image alt Image alt

Satışların başlanğıcında Volvo EM90 miniveni ikimühərrikli güc qurğusu və altı yerlik versiyada satılacaq. Elektrik mühərriklərinin ümumi hasilatı 544 at qüvvəsinə bərabər olacaq. CATL dartma batareyasının miniveni Çininin optimistik CLTC dövrünə əsasən, 820 kilometrə qədər yürüş məsafəsi ilə təmin edəcəyi gözlənilir.

Çin bazarı EM90 miniveni üçün əsas bazarı olacaq, burada zəngin avadanlıqlara malik iri avtomobillər çox populyardırlar. Təqdimatın da Səma İmperatorluğunda keçiriləcəyi gözlənilir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.