Volvo EX90 elektrik krossoverinin interyerinin yeni şəkillərini dərc etməklə yanaşı, onun istifadəçi interfeysinin xüsusiyyətləri barədə danışıb. Elektromobil iki ekrana malikdir - əsas və köməkçi. Bu ekranlarda mövcud olan vəziyyətə əsasən məlumatlar göstərilir. Volvo EX90 krossoverində kontekst vacibdir: məsələn, avtomobil hərəkət edir və ya park olunub, naviqasiya və yardım sistemlərinin aktivdir ya yox, və əlbəttə ki, ətrafda nələr baş verir.
Bundan əvvəl Volvo EX90 flaqman elektrik krossoverinin İsveç brendinin tarixindəki ən təhlükəsiz model olacağı bildirilmişdi. Məsələn, yüksək həssaslığa malik olan sensorlar dəsti sayəsində o, hətta körpənin nəfəsini də tanıya biləcək, üstəlik ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış interyerə sahib olacaqdır.
Başqa bir yenilik unikal istifadəçi interfeysi konsepsiyasına malik olan rəqəmsal kokpit olacaqdır. İdeyaya görə, sürücü bu ekranlarda yalnız mövcud vəziyyətə uyğun olan məlumatları görəcəkdir.
EX90 modelinin mərkəzi displeyi naviqasiya, zənglər, multimedia və əsas avtomobil funksiyalarına sürətli çıxış imkanı verəcəkdir. Bu halda, kontekst panelindəki nişanlar dəsti giriş məlumatlarından asılı olacaqdır: məsələn, avtomobil park edilibsə və ya hərəkətdədirsə. Sürücü üçün sükan arxasında kiçik ekran nəzərdə tutulub: o, cari sürəti, yürüş ehtiyatını və naviqasiya sisteminin ismarıclarını göstərəcəkdir.
Real dünya ilə qarşılıqlı əlaqə yaratmaq üçün EX90 krossoveri bütün daxili vericilər və sensorlar dəstindən istifadə edəcəkdir. Yardım sistemlərinin aktiv olub-olmamasının fərqi yoxdur, avtomobil ətrafda baş verənləri biləcək və sürücüyə kömək edəcəkdir.
Avtomatlaşdırılmış idarəetmə rejimində avtomobil “gördüklərini” və hansı məlumatlar əsasında bu və ya digər manevr etdiyini bildirəcəkdir. Əl ilə idarəetmə və köməkçi rejimlər arasındakı keçidin mümkün qədər aydın olacağı vəd edilir. Başqa sözlə, belə bir keçidin proqnozlaşdırılması və rəvanlığı əsas prioritetlər olacaqdır.
Eyni zamanda, EX90 modelinin interyer arxitekturası Polestar 3 ilə eynidir. Təkcə eyni ekranlar deyil, həm də panelin bütün eni boyunca havalandırma sisteminin yivli deflektoru da var. Çox güman ki, krossoverlərin “içalatı” da ümumi olacaqdır: pnevmatik asqılı SEA modul platforması, iki elektrik mühərriki və 111 kilovat-saat tutumlu batareya.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.