Çinin Geely holdinqinin tərkibinə daxil olan Volvo şirkəti yeni elektromobilin təqdimatına hazırlaşır. Söhbət EX60 indeksini almış orta ölçülü krossoverdən gedir. Yeni elektrik krossoveri gələn həftə, yanvar ayının 21-də Stokholmda keçiriləcək onlayn təqdimatda nümayiş etdiriləcək.
Bir müddət bundan əvvəl İsveç istehsalçısı Volvo EX60 modelinin əsasını SPA2 “arabacığının” varisi olan SPA3 modul platformasının təşkil edəcəyini təsdiqləyib. Xatırladaq ki, Volvo EX90 krossoveri və ES90 liftbəki də adı çəkilən platformada inşa edilib.
Yeniliyin texniki hissəsi barədə təfərrüatlar daha sonra açıqlanacaq. Hələlik isə, Volvo nümyəndələri EX60 elektrik krrossoverinin mənzili barədə məlumatı açıqlayıblar: dolu batareya ilə elektrokrossover 810 kilometr qət etməlidir.
Bu göstəriciyə görə, Volvo krossoveri rəqibləri Mercedes-Benz GLC with EQ Technology (713 kilometr) və BMW iX3 (805 kilometr) üstələyir. İstehsalçı sürətli şarj terminalından (400 kilovatlıq) istifadə halında 10 dəqiqə ərzində 340 kilometrlik gediş məsafəsini bərpa etməyin mümükün olduğunu iddia edir.
Qeyd etmək gərəkdir ki, EX60 modeli haqqında ilk rəsmi məlumat Volvo ES90 liftbəkinin təqdimatı zamanı peyda olub. Sonradan Volvo EX60 krossoverinin xarici görünüşünü qismən açıqqlayan tizer kampaniyasına start verilib.
Bu tizerlərdən də göründüyü kimi, krossover axıntılı kuzova, kapotdakı səliqəli çıxıntılara, “Torun çəkici” formasında gündüz hərəkət işıqları və onların altında yerləşən əsas faraları olan ikimərtəbəli işıqlandırma texnikasına malik olacaq.
Volvo EX60 yan tərəfdəki çıxıntılara, ADAS vericiləri olan ənənəvi yan güzgülərə və şüşülənmə xəttinin aşağı hissəsində yerləşən qeyri-adi qapı tutacaqlarına sahib olacaq.
Arxa tərəfdə diqqəti baqaj qapağının yuxarı hissəsində yerləşən lakonik spoyler, brendin xromla yazılmış adı, mürəkkəb formalı şaquli işıqlar və arxa bamperin rənglənməmiş plastikdən hazırlanmış hissəsində quraşdırılmış gümüşü zolaq çəkir.
Tizerlərdə yeniliyin salonu da qismən nümayiş etdirilib. Şəkillərdə məlumat-əyləncə sisteminin ön panelin mərkəzində yerləşən kiçik taçskrini diqqəti çəkir. İstehsalçı krossoverin Google şirkətinin məhsulu olan və “sürücülərə müəyyən əmrləri yadda saxlamadan təbii, çoxnövbəli dialoqdan istifadə edərək mürəkkəb tapşırıqları yerinə yetirməyə imkan verən” süni intellektə əsaslanan Gemini köməkçisi ilə təchiz edildiyini bildiriblər.
EX60 krossoverinin Volvo şirkətinin hazırkı modelləri arasında ən sürətli istifadəçi interfeysinə malik olacağı bildirilir.
Volvo EX60 modelinin proqram təminatının real vaxt rejimində “hava” üzərindən yenilənəcəyi məlumdur. Tizerdə təsvir olunmuş dinamik krossoverin Bowers & Wilkins səs sistemi ilə təchiz olunacağına işarə edir.
Əvvəllər bildirildiyi kimi, yeni modelin üç cərgəli konfiqurasiyasına malik olması mümkündür: baqajın əvvəllər dərc olunmuş tizerdə üçüncü cərgənin qatlanmış oturacaq cütlüyü göstərilib.
Yeni modelin qiyməti barədə rəsmi məlumatı daha sonra açıqlanacaq. Onun EX40 və EX90 modellərinin arasında olacağı gözlənilir.
Qeyd etmək lazımdır ki, EX40 krossoverinin daxili bazardakı başlanğıc qiyməti 529.900 İsveç kronudur (98.000 manat), flaqman EX90 modelinin qiyməti isə, 981.000 krondan (181.000 manat) başlayır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.









