Artıq, Volvo şirkətinin XC90 modelini əvəz edəcək elektrik krossoverini hazırladığı barədə məlumat vermişik. “AutoEvolution” nəşrinə görə, S90 sedanını bənzər aqibət gözləyir. Sonuncu altı ildən artıqdır ki, buraxılır və tezliklə nəsil dəyişikliyinin vaxtı gəlib çatmalıdır.

Nəşr hazırkı S90 sedanının hipotetik elektrik alternativinin necə görünə biləcəyini göstərən dizayner renderlərini dərc edib: şəkildəki model hazırkı sedanın nisbətlərini qoruyub saxlayıb, lakin o, Concept Recharge konseptinin üslubunda eksteryer dizaynına sahib olub.

Volvo şirkətinin 90 seriyasına S90 sedanı və V90 universalı daxildir və onlar 2016-cı ildə debüt ediblər. Modellər ilk restaylinqdən 2019-cu ildə keçiblər.

Eyni zamanda, Volvo model çeşidinin elektrikləşdirilməsi işinə də davam edir. Artıq 2025-ci ilə qədər şirkətin qlobal satışlarında elektromobillərin payı 50 faizə çatmalıdır. Digər 50 faizi isə, hibridlər təşkil edəcəklər. 2030-cu ilə qədər isə, Volvo şirkəti daxili yanma mühərrikli avtomobillərin istehsalından tamamilə imtina etmək niyyətindədir.

Müvafiq olaraq, indiki Volvo modellərinin elektrik varisləri hazırlanacaqdır. Məsələn, gələcəkdə XC90 modelini əvəzləyək Embla krossoverinin buraxılacağı artıq təsdiqlənib. Böyük ehtimalla, brendin bütün elektromobilləri (sedanlar da daxil) Concept Recharge konseptində nümayiş etdirilən korporativ dizayn üslubunda görünüşə malik olacaqlar.

“AutoEvolution” nəşri Volvo model xəttinin inkişafı üçün iki ssenarinin olduğunu bildirir: ya S90 / V90 modelləri elektrik ekvivalentlərini alacaq, ya da 90 seriyası təqaüdə göndəriləcəkdir. Hələlik nə birinci, nə də ikinci ssenari rəsmi təsdiqini tapmayıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.