Volvo minik avtomobilləri çeşidinin yeni flaqmanını - ES90 liftbəkini təqdim edib. O, yanacaqlı S90 sedanına qoşulacaq, lakin ölçülərinə görə onu üstələyəcək. Üstəlik, ES90 həm də fərqli kuzov növünə malikdir: əgər ilkin anonslarda model sedan kimi təqdim edilirdisə, əslində onun beşqapılı liftbək olduğu ortaya çıxıb.

İsveç istehsalçısı yeni modeli sedanların zərifliyi, liftbəklərin funksionallığı və krossoverlərin genişliyi arasında ideal kompromis adlandırır. ES90 liftbəkinin uzunluğu 5000 millimetr, eni - 1942 millimetr, hündürlüyü isə, 1546 millimetrdir. Elektromobilin təkər bazası 3102 millimetr. Liftbək yaxşı aerodinamik müqavimət əmsalı Cd=0.25 ilə öyünə bilər. Kuzovun rəng palitrasına yeddi çalar daxildir və 20-22 düym arasında diametri olan təkər diskləri dörd dizayn variantında təklif edilirlər.

İnteryerdə Volvo üçün ənənəvi olan minimalizm və sensorlu ekranlar üstünlük təşkil edir. Üfüqi 9,0 düymlük kiçik ekran cihazlar panelinə cavabdehdir, media sisteminin isə, şaquli 14,5 düymlük planşetə malikdir. O, Snapdragon Cockpit Platform çipi ilə işləyir və Google xidmətlərini, üçüncü tərəfin proqramlarını və dairəvi müşahidə kameralardan alınan 3D panoramları dəstəkləyir. 

Əlavə ödəniş müqabilində Londonun məşhur Abbey Road səsyazma studiyasının mütəxəssisləri tərəfindən köklənmiş Bowers & Wilkins audio sistemini (25 dinamik) sifariş etmək də olar. Volvo ES90 modelinin interyerinin digər xüsusiyyətləri arasında dördzonalı iqlimə nəzarət sistemi, avtomatik tündləşən panoram dam, gücləndirilmiş səs izolyasiyası və qabaqcıl kontur işıqlandırma var. Baqajın həcmi 424 litrdir, arxa cərgəni qatladıqda isə, bu həcm 733 litrə qədər artır. Üstəlik, tutumu 22 litr olan ön bölmə də var.

Bort elektronikası iki Nvidia Drive AGX Orin çipinə əsaslanır ki, bu da ES90 liftbəkini ən yüksək məhsuldarlıqlı Volvo avtomobili edir. Bu gücdən həmçinin on iki ultrasəs sensoru, yeddi kamera, beş radar və bir lidara əsaslanan qabaqcıl avtopilotun işləməsi üçün istifadə olunur.

Volvo ES90 modeli Volvo EX90 və Polestar 3 modellərindən tanış olan SPA2 platformasına əsaslanır, lakin onlardan (və bütün digər Volvo elektromobillərindən) fərqli olaraq, 800 voltluq elektrik sisteminə malikdir. İlkin versiya arxa oxda yerləşən elektrik mühərrikinə (333 at qüvvəsi, 480 Nm) və 88 kilovat/saatlıq dartma batareyasına malikdir. Bu, 6,9 saniyəyə 100 km/saat sürətlənmək və enerji doldurmadan 650 kilometr məsafə qət etmək üçün kifayətdir.

İki mühərriki olan tamötürməli liftbək 449 at qüvvəsi və 670 Nm fırlanma anına, həmçinin 102 kilovat/saatlıq batareyaya malikdir. O, 100 km/saat həddinə 5,5 saniyəyə sürətlənir, 700 kilometr məsafə qət edə bilir. Performance top versiyasının iki elektrik mühərriki 680 at qüvvəsi və 870 Nm hasil edir və 102 kilovat/saatlıq batareyaya malikdir. Belə liftbək 100 km/saat həddini 4,0 saniyəyə toplayır və eyni 700 kilometrlik yürüş ehtiyatına malikdir. Hər üç versiyanın maksimal sürəti 180 km/saat həddinə məhdudlaşır. Elektrik liftbəki 350 kilovatlıq şarjı dəstəkləyir. Batareyanın 10-dan 80%-ə qədər doldurulmasına 20 dəqiqə gərəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Volvo ES90 liftbəkini artıq Avropanın bir çox ölkələrində sifariş etmək mümkündür, lakin bu avtomobillər Çində istehsal olunacaq. Məsələn, Almaniyada flaqmanın qiyməti 83 700 avrodan başlayır. Liftbək 2026-cı ildə digər bazarlarda da satışa çıxarılacaq. Önümüzdəki aylarda Volvo ES90 elektromobil ilə birlikdə satılacaq yenilənmiş Volvo S90 modelini də təqdim edəcək.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.