Volvo şirkəti S90, V90 və XC90 modelləri üçün əlçatan olan xüsusi “Qırmızı açar” sistemi barədə məlumat vermişdir. Bu açardan avtomobili gənc sürücülərəŞ servis xidmətinin əməkdaşlarına və ya dayanacağın işçilərinə təqdim edərkən istifadə etmək olar.
“Avtomobilinizi başqasına vermək sizdə bir qədər narahatçılıq yaradır. Avtomobilini tez-tez başqalarına təqdim edən şəxslərə “qırmızı açar” gərək olacaqdır. Bu avtomobilin sükanı arxasında kimin olmasından asılı olmayaraq, ondan ağıllı istifadə edilməsini təmin edəcəkdir” – Volvo şirkətindən bildirmişdilər. Qırmızı rəngə boyanmış xüsusi brelokdan istifadə edən zaman, avtomobilin sürəti 120 km/saat həddində məhdudlaşdırılır, adaptiv-kruiz kontrol qarşıdakı avtomobillə ən maksimal məsafəyə köklənir və sisteminin maksimal mümkün yüksəkliyi məhdudlaşdırılır. Əlavə olaraq, bu rejimin aktiv olduğu halda kor zonalara, zolaqlara və sürücünün yorğunluq səviyyəsinə nəzarət, qarşıdan toqquşmanı önləyən və yol nişanlarının tanınması daxil olmaqla bütün təhlükəsizlik sistemləri məcburi şəkildə işə salınır. Hazırda “qırmızı açarı” Böyük Britaniyadakı dilerlər 110 funt-sterlinqə təklif edirlər.