Volvo şirkəti yenilənmiş S60 sedanı və V60 universalını təqdim edib. Hər iki model yüngül şəkildə yenilənmiş eksteryerə və Android əsaslı yeni multimedia sisteminə sahib olub. Yeni multimedia sistemi əvvəlcə XC40 Recharge elektrokarında, sonra isə XC60, S90 və V90 modellərində quraşdırılırıb. Bundan başqa, bəzi modifikasiyalarda 8-pilləli “avtomatı” robotlaşdırılmış transmissiya əvəzləyib.

S60/V60 modellərinin eksteryerində baş vermiş dəyişikliklər başqa hava girşlərin olan ön bamperdən və buraxılış sisteminin gizlədilmiş çıxış borularından ibarətdir. Eyni zamanda, modellər minimalistik dizaynı olan altıqollu təkər disklərini əldə ediblər.

Yenilənmiş modellərin salonunda Android əməliyyat sisteminə əsaslanan və əsas Google xidmətlərini dəstəkləyən yeni məlumat-əyləncə kompleksi peyda olub. Bu xidmətlərin arasında Google Maps xəritələri, Google Play tətbiqlər mağazası, habelə sistemi səs komandaları vasitəsi ilə idarəetməyə imkan verən Google Assistant bulud yardımçısı var.

Avropada 60 seriyasından olan modellər benzin-elektrik və dizel-elektrik güc qurğuları il təklif olunurlar. Bunlar “mülayim” və plagin hibridlərdir: 48-voltluq startyor-generatoru ilə tandemdə çalışan 2,0-litrlik benzin turbomühərrikləri olan versiyalar 163 - 300 at qüvvəsi arasında gücə malikdirlər. Eyni zamanda, 2,0-litrlik turbodizelə əsaslanan 197 at qüvvəli “mülayim” hibriddə mövcuddur.  

PHEV versiyalara gəldikdə isə, ən güclü versiya 310 at qüvvəli turbomühəərrik və 146 at qüvvəli elektrik mühərriki ilə təchiz edilir. Belə güc qurğusuna malik olan Volvo S60 Recharge T8 sedanı 100 km/saat həddinə sürətlənməyə 4,3 saniyə sərf edir. Modelin maksimal sürəti bütün Volvo modellərində olduğu kimi, təhlükəsizlik məqsədi ilə 180 km/saat həddində məhdudlaşdırılıb.

Plagin sedanı və universalı 14,9 kilovat-saatlıq batareya ilə təchiz edilirlər. Belə batareya elektrik ötürməsi 75-94 kilometr arasında məsafə qət etməyə imkan verir. 7-pilləli “robot” 163 və 197 at qüvvəli benzin mühərrikləri olan önötürməli başlanğıc modifikasiyaları üçün nəzərdə tutulub. “Robot” 100 kilometrə 0,7 litr yanacağa qənaət etməyə, habelə atmosferə atılan CO₂  həcmini bir kilometrə 5-15 qram azaltmağa imkan verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Volvo S60 sedan və V60 universalının Avropadakı satışlarına yaxın həftələrdə start veriləcəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.