Volvo şirkəti bayraqdar S90 modelinin istehsalını Çinə köçürüldüyü barədə məlumat yaymışdır. Bundan başqa, İsveçdən olan avtomobil istehsalçısı Çin bazarı üçün nəzərdə tutulmuş uzun bazalı S90 modelini və onun dəbdəbəli variantı olan S90 Exellence modifikasiyasını təqdim etmişdir. İsveçlıiər sonuncu avtomobili “dünyanın ən dəbdəbəli sedanı” adlandırmışdırlar.

Uzadılmış Volvo S90 modeli 120 millimetr daha geniş bazaya malikdir ki, bunun nəticəsində avtomobilin bazasının uzunluğu 3061 millimetrə bərabər olmuşdur. Eyni zamanda avtomobilin qabarit uzunluğu da 120 millimetr artaraq 5083 millimetrə çatmışdır.  Uzun bazalı Volvo S90 modeli Çin bazarında 211 (T4) və 282 (T5) at qüvvəli 2,0-litrlik güc aqreqatları ilə təklif ediləcəkdir.  Dəbdəbə aşiqləri isə Volvo S90 Exellence modelinə nəzər salmalıdırlar. Bu avtomobilin salonunda Lounge Console konsepsiyası tətbiq edilmişdir ki, bu konsepsiya da ön sərnişin oturacağının yerində xüsusi konsolun quraşdırılmasını nəzərdə tutur. Bu konsoldan ayaqqabı qutusu, həmçinin quraşdırılmış qatlanan stol və multimedia sisteminin iri displey sayəsində  mobil iş yeri və ya kinoteatr kimi istifadə etmək olar. Volvo S90 Exellence sedanının təchizatına panoram tavan, massaj funksiyası olan oturacaqlar, isidilən və soyudulan stəkanaltılar və bir sıra maraqlı avadanlıqlar daxildir.  

“Dünyanın ən dəbdəbəli sedanı” T8 Twin Engine hibrid güc aqreqatı ilə təklif ediləcəkdir. Bu aqreqatın tərkibinə 316 at qüvvəli iki litrlik turbomühərrik və 86 qüvvəli elektromotor daxildir. Hər iki avtomobil yarıavtonom idarəetmə sistemi, piyada və heyvanları aşkar edən sistem, yol səhtindən çıxmağı önləyən sistem, zolaqlara nəzarət sistemi, öndən toqquşmaların qarşısını alan sistem, Apple CarPlay və Android Auto funksiyalarını dəstəkləyən multimedia sistemi və adaptiv kruiz-kontrol ilə təchiz edilir.

Volvo şirkətindən bildirilən məlumata görə uzadılmış S90 və S90 Exellence modelinin satışları təkcə Çində deyil, digər ölkələrdə də aparılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt