Volvo şirkəti yenilənmiş V40 hetçbekini və onun bütün yollar üçün olan Cross Country variantını təqdim etmişdir. Avtomobilin eksteryerində bir sıra dəyişikliklər edilmişdir ki, bunun da ən vacibi T-şəkilli «Torun çəkici» adlandırılan LED gündüz işıqlandırmasıdır. Xatırlayırsiniz isə, əvvəllər bu elementdən yeni XC90, S90 və V90 modellərində istifadə edilmişdir. Yenilənmiş V40 modeli üçün beş yeni rəng çaları və təkər disklərinin səkkiz yeni dizayn variantı təklif edilir.
Bundan başqa, isveç istehsalçısı Volvo On Call mobil əlavəsinin imkanlarını genişləndirmişlər. Artıq avtomobilin bir sıra funksiyalarını Apple Watch və Android Wear «ağıllı» saatlarından başqa Microsoft Band 2 qurğusu ilə də idarə etmək mümkündür. Bununla yanaşı, əlavə Windows 10 əməliyyat sistemi olan mobil tekefonlarla da çalışacaqdır.
Əlavə sayəsində avtomobilin qapısının bağlı olub-olmadığını yoxlamaq, havalandırma sistemini və mühərriki işə salmaq, avtomobili dayanacaqda tapmaq və naviqatora təyinat məntəqəsinin kordinatlarını yükləməyək mümkündür. Yenilənmiş avtomobilin kütləvi nümayişi martın əvvəlində baş tutacaq beynəlxalq Cenevrə avtomobil salonunda keçiriləcəkdir.