Volvo şirkəti V90 universialının yolsuzluq şəraiti üçün nəzərdə tutulmuş variantının fotoşəkillərini yayımlamışdır. Yeni model Volvo V90 Cross Country adlanır. Bununla belə, yeni modelin təqdimat mərasiminin Paris avtosalonunda keçirilməsi nəzərdə tutulmayıb. Ümumiyyətlə, Volvo şirkəti Paris avtosalonunda iştirak etməkdən imtina etmişdir.

Adi Volvo V90 universalından fərqli olaraq yolsuzluq avtomobili 65 millimetr artırılmış klirensə və kuzov boyu avtomobilin müdafiəsini təmin edən klastik əlavələrə malikdir. Yolsuzluq universalının mühərrik çeşidinə 254 və 320 at qüvvəsi gücü olan 2,0-litrlik benzin turbomühərrikləri daxil edilmişdir. Bundan başqa, bu qammaya daxil olan dizel mühərrikləri 190 at qüvvəsinə və 400 Nm fırlanma anına, 235 at qüvvəsinə və 480 Nm fırlanma anına malik olan 2,0-litrlik güc aqreqatları da təqdim olunur. Bütün güc aqreqatları səkkiz pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışır. 320 at qüvvəli benzin mühərriklə təchiz edilmiş universal ilk “yüzlüyü” 6,3 saniyəyə toplayır və 230 km/saat maksimal sürətə malikdir. Dizel mühərriki ilə təchiz edilmiş top-variant isə bu işə 7,5 saniyə sərf edir. Əlavə avadanlıq olaraq pnevmatik arxa asqını da sifariş etmək mümkündür. Bundan əlavə, universal XC90 krossoverindən alınmış idarəetmə elektronikasının ofrod rejimini də əldə etmişdir.