Volvo şirkəti istehsal etdiyi avtomobillərin məruz qalacağı dəyişikliklər barədə məlumat yaymışdır. 2017-ci modeli ili üçün nəzərdə tutlmuş bir sıra modellər yeni sistemlərlə təchiz ediləcəkdir ki, ən əsas dəyişikliklər isveç istehsalçısının yeni 90 seriyasının ilk modeli olan XC90 krossoveri üçün planlaşdırılmışdır. Volvo mütəxəssisləri krossoverin texniki cəhətdən yeni təqdim edilmiş S90 və V90 modellərindən geri qalmasını nəzərə alaraq onu yeni sistemlərlə təchiz etmək qərarına gəlmişlər.
Bu sistemlərin sıyahısına Pilot Assist II yarımavtonom idarəetmə sistemi, üfürməni gücləndirən PowerPluse sistemi, Volvo On Call xidmətinin yeni növü, salondakı havanın təmizliyinə nəzarət edən CleanZone sisteminin təkmilləşdirilmiş variantı və bir sıra digər sistemlər daxil edilmişdir. Bildiyimiz kimi, Volvo V90 universalında debüt etmiş PowerPluse üfürməni gücləndirmə sistemi sıxılmış hava vasitəsi ilə D5 dizel mühərrikinin turbinini fırladaraq «turboçala»nı aradan qaldırmağa yardım edir.
Bundan əlavə, 90-cı seriyanın modellərində quraşdırılan Sensus multimedia sistemi, musiqini tələb üzrə göndərən Spotify axın kitabxanasına qoşulacaqdır.
Digər bir əlavə - Park&Pay, - avtomobil dayanacaqlarında yeri təxsis edərək ödənişi həyata keçirəcəkdir. Üçüncü əlavə isə Record&Send adlanır ki, bu sistem səsli xəbərdarlıqların göndərilməsini həyata keçirir.
Volvo mütəxəssisləri 60 seriyanın nümayəndələri üçün də bir sıra yenilikləri hazırlamışlar. Bütün T5 mühərriki (245 at qüvvəsi və 350 Nm) və səkkiz pilləli «avtomatla» təchiz edilən modellər tam çəkiş sistemi ilə təchiz ediləcəkdirlər. Bir sıra ölkələrdə Volvo S60 Cross Country sedanı üçün 163 at qüvvəsi və 400 Nm fırlanma anı olan D3 dizel mühərriki mümkün olacaqdır.
Eyni zamanda, S60/V60 və XC60 modelləri üçün yeni 18-düymlük təkər diskləri təklif ediləcəkdir. Krossoverə, bu zamana qədər təklif edilməyən 20-düymlük disklərin də quraşdırılması nəzərdə tutulmuşdur.
Göteborqlu istehsalçı, həmçinin, R-Design dəstlərinin çeşidi genişləndiriləcək və yeni üç rəng çalarını - Luminous Sand, Mussel Blue və Bursting Blue, - təklif olunan rənglər palitrasına daxil edəcəkdir.