Volvo şirkəti 93-illik tarixində ən böyük geriçağırma kampaniyasını elan edib. Kampaniya dünya üzrə iki milyondan çox avtomobili əhatə edir. Çağırışın səbəbi təhlükəsizlik kəmərlərində aşkar edilmiş nasazlıqdır.

Reuters agentlinin bildirdiyinə görə, ümumilikdə 2,18 milyon avtomobil geri çağrılır. Söhbət 2006 və 2019 arasında buraxılan S60, S60L, S60CC, V60, V60CC, V70, XC60, XC70, S80 və S80L modellərindən gedir. Ön oturacaqların təhlükəsizlik kəmərlərinin bərkidilməsi üçün nəzərdə tutulmuş polad burazda problem aşkar edilib - burazın aşınması ucbatından kəmərlərin funksionallığı pisləşə bilər.

Qüsurlu avtomobillərin əksəriyyəti İsveçdədir - 400 mindən çox. Avtomobillərin 300 mini - Amerikada, 245 mini - Çində, 178 mini - Almaniyada, 169 mini - Britaniyadadır.