Volvo Trucks şirkəti mövcud olan yük platformalarına və inftrastruktura uyğun gələn Vera adlı avtonom elektrik yedəkçini hazırlayıb. Bulud xidmətinə qoşulan pilotsuz nəqliyyat vasitəsi yoldakı vəzyyəti təhlil etmək və özünün yerini bir neçə santimetrlik dəqiqliklə müəyyən etmək iqtidarındadır.
Volvo Truks şirkəti pilotsuz yük avtomobillərindən bir-birinin yaxınlığına yerləşən logistik mərkəzlər arasındakı müntəzəm reyslər zamanı istifadə etməyi təklif edir. Pilotsuz yük avtomobillərinin əsas üstünlüklərinin yüksək yükgötürmə qabilliyətinin, aşağı səs səviyyəsinin olması göstərilir. Bu cəhətlər onları gecə də istismar etməyə imkan verə bilər. Vahid bulud xidmətinə birləşmiş Volvo Vera yük avtomobilləri nəqliyyat mərkəzinə sürət, yerləşmə, yükün çatdırılma vaxtı və batareyanın səviyyəsi barədə məlumat ötürə bilər Bu məlumatlar sayəsində yükərin hərəkətinə nəzarət etmək və əmtəələrin ehtiyat həcmini minimallaşdırmaq olar.
Bir müddət bundan öncə, Volvo qrupuna daxil olan Volvo Construction Equipment şirkəti Göteborq yaxınlığındakı Vikan-Kross karxanasında pilotsuz yükünü özüboşaldan avtomobillərdən istifadə ediləsi üzrə pilot layihəni işə salmışdır.