Yaxın üç il ərzində Volvo V40 hetçbekini kupeşəkilli krossover əvəzləyəcəkdir. İsveç markasının rəhbərliyi yeni modelin debütünü gecikdirməklə bazarda olan payını itirmək təhlükəsi ilə qarşılaşa bilər.
«Autocar» nəşrinin bildirdiyinə görə, Volvo şirkətinin rəhbəri Leks Kerssemakers V40 modelinin istehsalına bu il son veriləcəyini bildirib. V40 modelinin xələfi üzərindəki işlərə isə, artıq başlanılıbdır. İsveç istehsalçısı hetçbek və sedanların populyarlığını itirməsini nəzərə alaraq, V40 modelini krossoverlə əvəzləmək qərarına gəlib.
Qeyd etmək lazımdır ki, 40-cı seriyadan olan modellər, isveç istehsalçısının model xəttində yeni modul platformalarında inşa edilməyən yeganə modellərdir. Məsələn, Volvo XC40 - CMA, 60 və 90 seriyasından olan modellər isə SPA modul platformasında inşa ediliblər. Cari Volvo V40 modelinin əsasın Ford Global C şassisi təşkil edir. 2000-ci illərin əvvəllərində yaradılmış şassi «elektrikləşdirilmiş» modifikasiyaların buraxılmasına imkan vermir. Kerssemakers isə, belə modifikasiyası olmayan modelin buraxılmasını mənasız hesab edir.
Bu səbəbdən də, Volvo V40 modelinin xələfinin CMA modul platformasında inşa ediləcəyi ehtimal edilir. Dizayn cəhətdən yeni model 2016-cı ildə təqdim edilən Concept 40.2. prototipini təkrar edə bilər.