Polestar tərəfindən hazırlanmış «bərkgedən» Volvo V60 universalı WTCC turinq çempionatının təhlükəsilik avtomobilinin vəzifəsini icra edəcəkdir. İstehsalçının bildirdiyinə görə, universal «dünyanın ən təhlükəsiz təhlükəsizlik avtomobili» olacaqdır. Tam çəkişli universal 350 at qüvvəsinə və 500 Nm fırlanma anına malik olan 3,0-litrlik turbomühərriklə hərəkətə gəlir. Volvo V60 Polestar avtomobili 100 km/saat həddini beş saniyəyə toplayır və onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat səviyyəsində məhdudlaşdırılmışdır.
«Qaynar» universal həmçinin Brembo əyləc mexanizmləri və Michelin Pilot Super Sport şinləri geyindirilmiş 20-düymlük təkər diskləri ilə təchiz edilmişdir. Təhlükəsizlik avtomobili adi «qaynar» universaldan təhlükəsizlik karkası, xilasedici avadanlıqla və xüsusi rabitə sistemi ilə komplektləşdirilir.
Volvo V60 Polestar təhlükəsizlik avtomobilin ilk rəsmi debütü WTCC çempionatının 1-3 aprel tarixlərində La-Kastelledəki (Fransa) Pol-Rikar trassasında keçiriləcək ilk mərhələsində baş tutacaqdır.
Elə həmin mərhələdə də Volvo'nun zavod komandasının çempionata qayıdışı baş tutacaqdır. İsvecli istehsalçı bu çempionatda Cyan Racing komandasının xidmət edəcəyi iki Volvo S60 T1 sedanı ilə çıxış edəcəkdir.