Yaxın iki il ərzində Volvo avtomobillərində Android əməliyyat sisteminin əsasında yaradılmış yeni multimedia sistemləri quraşdırılacaqdır. İstehsalçının Google ilə komplekslərin yaradılması üzərində birgə əməkdaşlığı haqqında elan, 17 mayda keçiriləcək Google I/O sisteminin və mobil əlavələrin hazırlanması üzrə konfransda veriləcəkdir.
Şirkətdən verilən məlumatda Androiddən istifadənin multimedia sistemlərinin çevikliyini artıracağını və fərdiləşmə imkanlarını genişləndirməlidir. Bu mövcud olan Volvo interfeysini saxlamaqla əlavələrin peyda olması sürətini artıracaqdır. Eyni zamanda, avtomobillər üçün Google şirkətinin proqramları ilə yanaşı, digər şirkətlərin çox populyar olan əlavələrin yüklənməsi də mümkün olacaqdır. Yaxın zamanlarda şirkət Sensus Navigation multimedia sistemini yeniləyərək Google Local Search funksiyasını əlavə edəcəkdir. Volvo şirkətinin yaxın vaxtlarda təqdim edəcəyi yeni modellərdən biri 2019-cu ildə təqdim ediləcək elektromobildir. Bu elektromobil üçün ayrıca Modular Electrification Platform (MEP) platforması yaradılacaqdır.
Bu platforma 100 kilovat-saatlıq tutumu olan batareyaların və 100 - 450 kilovat gücü olan mühərriklərin quraşdırılmasına imkan yaradacaqdır.