Volvo şirkətinin Şimali Amerika nümayəndəliyi maraqlı bir videoçarx dərc etmişdir. Grey şirkəti tərəfindən hazırlanmış videoçarxın qəhrəmanı hibrid güc aqreqatı ilə təchiz edilmiş Volvo XC90 krossoveridir. Grey agentliyinin Volvo ilə birlikdə hazırladığı və Highway Robbery («böyük yolda qarət») adlandırdığı bu videoçarxda Volvo hibrid avtomobilinin «benzin, elektrik enerjisi və digər avtomobillərin hesabına» hərəkət etdiyi bildirdirilir.
Volvo və Grey şirkətlərinin yaratdıqları sistem peristaltik nasosunun əsasında hazırlanmışdır. Bu sistemin əsas eılementi içərisinə su ilə dolu olan borular daxil edilmiş yumşaq döşəmədən ibarətdir. Tərəfdaşlar mart ayının sonlarında belə bir döşəməni Kaliforniyadakı yolların birində quraşdırmışdırlar. Avtomobillər bu döşəmənin üzərindən keçən zaman borularda olan suyu sıxıb-çıxarmaqla hidravlik enerjinin elektrik enerjisinə çevrilməsini təmin edirlər. Əldə edilən elektrik enerjisi stansiyaya daxil olaraq Volvo CX90 avtomobilinin batareyalarının doldurulmasına xidmət edir.
Bundan əlavə, bu yoldan keçən hər bir sürücüyə, yol kənarında yerləşdirilmiş elektron tablo vasitəsi ilə batareyanın doldurulması üçün göstərdiyi köməkliyə görə təşəkkür edilib.