Volvo XC40 Recharge Plug-in Hybrid T5 adlandırılmış qoşulan hibrid ibir il bundan öncə Avropa bazarında debüt edib. İndi isə, İsveç istehsalçısı krossoverin digər versiyasını - T4 adlandırılan benzin-elektrik versiyasını hazırlayıb. Üstəlik, yeni modifikasiya T5-dən minimum texniki fərqlərə malikdir.
Volvo mühəndisləri 1,5-litrlik benzin turbomühərrikinin hasilatını azaltmaq qərarına gəliblər: 180 at qüvvəsi və 245 Nm fırlanma anı hasil edən güc aqreqat, indi 129 at qüvvəsi və 265 Nm fırlanma anı təklif edir. Hər iki modifikasiya ön ötürməlidir. İki muftalı yeddi pilləli “robot”, 82 at qüvvəsi və 160 Nm fırlanma anı hasil edən elektrik mühərriki və hətta mərkəzi tuneldə yerləşən 10,7 kilovat-saatlıq dartma batareyası eynidır.
Hibrid qurğunun ümumi hasilatı 262 at qüvvəsi və 425 Nm fırlanma anından 211 at qüvvəsinə və 405 Nm fırlanma anına qədər endirilib. Buna görə də, T4 modeli 100 km/saat həddinə 8,5 saniyəyə (+1,2 saniyə) sürətlənir. Bununla belə, bütün Volvo modellərinin maksimal sürəti 180 km/saat həddində məhdudlaşdırırılıb. Qeyd etmək lazımdır ki, krossoverin elektrik ötrüməsi ilə qət etdiyi məsafəsi də dəyişməyib - 51 kilometr (WLTP).
İki modifikasiya arasındakı qiymət fərqi də əhəmiyyətsiz dərəcədədir. Məsələn, Almaniyada Volvo XC40 Recharge Plug-in Hybrid T4 modelinin qiyməti 47.670 avrodan başlayır. Bu məbləğ T5 versiyasında olduğundan 1070 avro azdır. Müqayisə üçün, eyni 1,5-litrlik turbomühərrikə, avtomatik transmissiyaya və ön ötürməyə malik olan adi XC40 T3 modelinin qiyməti 34,600 avrodan başlayır.